Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filippində termometrlər 43 dərəcə göstərdi, məktəbdə əyani təhsil dayandırıldı
Filippində termometrlər 43 dərəcə göstərdi, məktəbdə əyani təhsil dayandırıldı

Filippin Təhsil Departamenti ölkədə termometrlərin 43 dərəcəni göstərdiyi 3954 məktəbdə üzbəüz təhsilin dayandırıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Filippində həddindən artıq isti hava ölkədə təhsil fəaliyyətinin dayandırılmasına səbəb olub.

Ölkənin bəzi bölgələrində termometrlər 43 dərəcəni göstərərkən, Filippin Təhsil Departamentindən (DepEd) edilən açıqlamada istilər riski səbəbiylə 12 bölgədə 3954 məktəbdə əyanı təhsilin dayandırıldığı bildirilib.

Xüsusilə Metro Manila, Qərbi Visayas, Soccsksargen, Central Visayas və Ilocos bölgələrində 1 milyon 393 min 806 şagirdin məcburi tətildən təsirləndiyi qeyd edilib.

Digər tərəfdən, ölkədəki bir çox məktəbdə distant təhsil verilərkən, Şimali Mindanao, Davao, Karaqa və Kordillera bölgələrində üzbəüz təhsil davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »