Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nikahdan əvvəl iki tərəf də psixoloji müayinədən keçib tibbi arayış almalıdır" - Video
"Nikahdan əvvəl iki tərəf də psixoloji müayinədən keçib tibbi arayış almalıdır" - Video

Hər zaman rəsmi nikah önəmli hesab edilib. Qadınların sonradan problem yaşamaması üçün deyilib ki, “rəsmi nikah vacibdir”. Nikah prosesinə qədər tərəflərdən tibbi arayış almaları tələb edilir. Bu tibbi arayış önəmli xəstəliklərin müəyyən olunması üçündür.

Bəs partnyorun psixoloji vəziyyətini necə müəyyən etmək olar? Bəlkə də ömrümüzü birləşdirmək istədiyimiz insanın bizdən gizli psixoloji xəstəlikləri var? Bəlkə də gələcək həyat yoldaşı namizədi maddə asılığından əziyyət çəkir?

Biz bunu müəyyən edə bilmərik. Bunu ancaq nikah bağladığımız zaman tibbi arayışı verən mütəxəssislər müəyyən edə bilər.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda rəsmi nikah prosesi, Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinə uyğun olaraq, nikah yaşı - yetkinlik yaşı 18 yaşdır. 18 yaşından sonra hər bir vətəndaş özünün könüllü razılığı ilə müvafiq qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tabeliyində olan qeydiyyat idarələrinə, o, cümlədən ASAN xidmət mərkəzlərinə müraciət etməklə, nikahlarının rəsmiləşdirilməsi üçün müraciət edə bilərlər.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

“Tərəflər mütləq şəkildə nikah proesesinə qədər tələb olunan sənədləri təqdim etməlidir. Bu sənədlərdən də biri tərəflərin sağlamlığına dair arayışdır. İstər kişinin, istər qadının psixoloji vəziyyəti ilə bağlı, onların hər hansı bir Respublika Psixoloji xəstəxanasında, Ruhi-Əsəb dispanserlərinə qeydiyyatda olmaları ilə bağlı heç bir sənəd tələb olunmur. Bu da gələcəkdə ciddi problemlərin olmasına gətirib çıxara bilər”-deyə hüquqşünas bildirib.

Nikahdan əvvəl psixoloji müayinə ilə bağlı Ramil Süleymanovun Bizimyol.info xəbər portalına verdiyi xüsusi müsahibəsinə saytımızın rəsmi YouTube kanalında baxa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »