Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Türkiyənin “Kaan” qırıcısı üçün mühərrikin yaradılmasında iştirak etdiyini açıqlayıb
Ukrayna Türkiyənin “Kaan” qırıcısı üçün mühərrikin yaradılmasında iştirak etdiyini açıqlayıb

Ukrayna Türkiyənin istehsal etdiyi beşinci nəsil Kaan qırıcısı üçün mühərrikin hazırlanmasında iştirak edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar məlumat verib və əlavə edib ki, ölkəsi gələcəkdə bu təyyarələri almağı planlaşdırır.

“Ukraynalı mütəxəssislər Türkiyənin “Kaan” milli döyüş təyyarəsi üçün mühərrikin yaradılması layihəsi çərçivəsində işləyirlər, bu yeni hekayə deyil. Bizim bir neçə təcrübəli mühərrik inkişaf şirkətimiz var”, - deyə diplomat "CNN Türk" telekanalında bildirib.

Onun fikrincə, türk “Kaan” qırıcısı Amerikanın yeni nəsil döyüş təyyarələri F-35 və F-22 ilə rəqabət apara biləcək.

Ukrayna da “Kaan” alacaq. Biz isə onları almaqla məhdudlaşmayacağıq, onlardan istifadə edəcəyik və bunu harada edəcəyimizi biləcəyik”, - deyə Ukrayna səfiri qeyd edib.

“Kaan” qırıcısı 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun kütləvi istehsalına 2028-ci ildə başlanacağı planlaşdırılır. Türkiyə rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın "F-35"lərini üstələyəcək və gələcəkdə respublikanın Hərbi Hava Qüvvələri ilə xidmətdə olan "F-16" qırıcılarını əvəz edəcək.

İlkin olaraq Türkiyə təyyarəsinin ilk uçuşu ötən il dekabrın sonuna planlaşdırılsa da, bir sıra yer sınaqlarının keçirilməsi zərurəti ilə əlaqədar təxirə salınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »