Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibi Blinken Türkiyədədir
ABŞ dövlət katibi Blinken Türkiyədədir

ABŞ dövlət katibi Antoni Blinken Türkiyə və Yunanıstanın da daxil olduğu Yaxın Şərq turu çərçivəsində Qəzzada baş verənləri müzakirə etmək üçün dünən axşam İstanbula gəlib.

Bizimyol.info xəbər verir ki, Blinkenin Türkiyədəki təmasları çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə görüşü və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Blinkenin həftə ərzində həmkarları ilə bir sıra kritik mövzuları müzakirə etmək üçün Türkiyə, Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcəyini bildirib.

Miller Blinkenin bu ölkələrin xarici işlər nazirləri ilə "İsrailin 7 oktyabrdan sonra HƏMAS-a qarşı davam edən hərbi əməliyyatı, Qəzzaya humanitar yardımın artırılması üçün təcili tədbirlər və qalan girovların azad edilməsi" kimi mövzularda fikir mübadiləsi aparacağını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »