Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Acun Ilıcalı həbs təhlükəsi yaşayır: Adı Adnan Oktarla yanaşı çəkilir
Acun Ilıcalı həbs təhlükəsi yaşayır: Adı Adnan Oktarla yanaşı çəkilir

Türkiyənin media maqnatı Acun Ilıcalının adı gündəmə gəlib. Onu həbs təhlükəsi gözləyir. Ilıcalının adı Adnan Oktarla yanaşı çəkilməyə başlayıb. Hamıdan əvvəl bu iddianı keçmiş “kedicik”lərdən olan Ceylan Özgül səsləndirib. Adnan Oktarın rəhbərlik etdiyi qruplaşmanın əsirinə çevrilmiş, buradan uzaqlaşmağı bacarmış qadın, Acun Ilıcalının uzun illər dəstənin üzvü olduğunu verilişlərin birinə onlayn qoşulanda deyib. Aparıcılar media maqnatının adını eşidəndə Ceylanın sözünü kəsmək istəyiblər. Amma qadın iddiasını əminliklə təkrarlayıb və Acundan baş verənləri soruşmağı tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, Ceylan Özgüllə təxminən eyni vaxtda tanınmış aparıcı Mehmet Əli Erbil Acunun gözlənilmədən varlanmasından şübhələndiyini dilə gətirmişdi. Erbil bunun məhz televiziya işləri ilə mümkün olmadığını iddia etmişdi.

“Mən illərlə televiziyada işləmişəm. Şoular hazırlamışam, seriallarda və filmlərdə çəkilmişəm. İllərlə səhnədə olmuşam. Acun bunların heç üçdə birini etməyib. Biz o selləri, suları görmədik. Mən özümü bir kənara qoyuram. Türkiyənin serial sektoru bütün dünyada məşhurdur. Dünyanın dörd bir tərəfinə serial satan həmin yerli film şirkətlərinin rəhbərlərinin hansının təyyarəsi var? Heç birinin. Amma Acununu təyyarəsi, üstəlik, iki futbol klubu var. Hər hansı telekanalı çılpaq şəkildə alsan, azı 50 milyon dolların çıxar. Bir müxbir bura necə gələ bilərdi? Onun müxbir yoldaşlarının mən tanıyıram. İnanın, başlarını soxacaq evləri belə yoxdur. Mən hələ 10 il əvvəl Acunu Fətullah Gülənin müridi və Adnan Oktarın pərəstişkarı adlandırmışam. Onda hələ heç kim bu haqda danışmırdı. Acun həmin gündən mənə çox kin bəslədi. “TV8”-də iş vermədi”.

Acun Ilıcalı açıqlamasında fərqli sözlər deməyib. Media maqnatı bizneslə bağlı həmişə bəxtinin gətirdiyini bildirib. Onun sözlərinə görə, adətən, bütün sərvətini bir layihəyə xərcləyir və uğurlu alındığından daha da varlanır. Acun Ilıcalı hələlik Adnan Oktar məsələsi ilə bağlı açıqlama verməyə tələsmir. “TV8”-in rəhbəri bir neçə ay əvvəl müsahibələrinin birində 15 ildir restoranlarda iştirak etdiyi bütün məclislərdə başqasına hesab ödəməyə imkan vermədiyini demişdi.

Sosial platformaların Türkiyə seqmentində Acun Ilıcalını çox ittiham edirlər. Şəbəkə istifadəçiləri düşünür ki, media maqnatının varlanmasında "gözəgörünməz" amillər əsas rol oynayıb. Həbs ehtimalı çox qeyd olunur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »