Balıqlar bürcünün nümayəndəsi, tənha insandır. Onun nə vaxt və nə edəcəyini heç vaxt bilmirsiniz. Balıqlar bürcü, əlini sizə uzadıb onun dənizində birlikdə üzməyi təklif edir. Təəccüblənirsiniz, onu müşayiət etməyə çalışırsınız.
Balıqlar sizin limitinizi bilmir. Həmişə öz sularında üzür. Əgər siz onun kimi üzməyi bilmirsinizsə, Balıqlar sadəcə olaraq uzaqlaşacaq. Onunla bir daha görüşmək şansınız olmaya bilər və həmişə göz yaşlarınızı silən bir Balıq bürcü olacaq. Bir gün siz də bunun bitdiyinə inanmayacaqsınız. Bəlkə illər sonra sizin yanınızda yenə Balıqlar olacaq. Hansının olacağına siz qərar verəcəksiniz.
Balıqlar bürcünün kişisi təkdir. Ondan uzaqlaşdığınızı görsə, səssizcə yeni təhlükəsiz yerlər axtaracaq.
Balıqlar bürcü əbədi sevgiyə və romantikaya inanır. Onların fantaziyası çox güclüdür. Həyatlarında məyusluqlar heç vaxt əksik olmur, amma yenə də sevgi axtarışından əl çəkmirlər.
Balıqlar bürcü aldatmağa və aldanmağa nifrət edirlər, bunu heç vaxt bağışlamırlar. Onlar təhlükəsiz münasibətləri sevirlər. Sevgidə məntiqlə deyil, duyğularla hərəkət edirlər və rədd edilmə qorxusu ilə yaşayırlar.
Balıqlar və Qoç bürc uyğunluğu
Qoç bürcünün sadə dünyası Balıqlara çox zidd görünə bilər. Rəqs kimi bir həyat arzusunda olarkən, sərt və gizli bir dünya ilə üz-üzə gəldi.
Qoç əsəbiləşib ağlayanda Balıqlar bürcü salfet təklif edəcək biri deyil. Bütün yaxşı niyyətlərinə baxmayaraq, heç biri bir-birinin dünyasını başa düşə bilmir. Balıqların Qoç bürcünün canlı təbiətini müşayiət edə biləcəyini düşünmək səhv olardı.
Bütün yaxşı niyyətlərinizə baxmayaraq, bu əlaqənin ömür boyu davam etməsi mümkün deyil. Onlar da başa düşürdülər ki, hər şey yarımçıq qalacaq. Bu münasibətə “əlvida” deyərək səssizcə ayrılırlar.
Balıqlar və Buğa bürc uyğunluğu
Əvvəlcə hər şey normal görünür. Hər şey olması lazım olduğu kimidir. Məlum vəzifələr paylaşıldı. Hər kəs öz yolu ilə məsuliyyət daşıyır. Bu, rəngsiz, qoxusuz və mübahisəsiz bir vəhdətdir.
Uzun müddət keçdikcə, əlaqələrdə toksinlər əmələ gəlir və onlar bir-birilərinə əsassız reaksiyalar göstərməyə başlayırlar. Mümkün olmayan bir işə niyə başladıqlarını bilmirlər. Beynlərində minlərlə sual işarəsi ilə bir-birilərinə “əlvida” deyərkən, Balıqların göz yaşları Buğa bürcünü yolundan döndərə bilmir.
Balıqlar və Əkizlər bürc uyğunluğu
Balıqlar bürcünün parıldaması, əvvəlcə Əkizlər üçün maraqlı görünə bilər.
Əkizlər bürcü həmişə axtarışdadırlar. Onun Balıqlar bürcü üçün vaxtı yoxdur. Hər şeyə rəğmən, onunla gözəl vaxt keçirirlər.
Əkizlər bürcü dünyəvi bir insandır. Balıqlar bürcü öz mistik dünyasının sevgi qəhrəmanıdır. Xəyallar həmişə nağıllarda qalır.
Balıqlar bürcü nə qədər çalışsalar da, Əkizlər bürcünü istədiyi kimi istiqamətləndirə bilmir. Nə edirsə etsin, Əkizlər artıq yola hazırlıqlara başlayıb. Ona "əlvida" deməkdən başqa heç nə edə bilmir.
Balıqlar və Xərçəng bürc uyğunluğu
Tanış dənizlərin mütəxəssis üzgüçüləri bir-biriləri ilə qarşılaşdıqda qəribə hiss etmirlər. Onlar sualtı qəhrəmanlardır. Danışmadan anlaşırlar və ildırım sürəti ilə bir-birilərini cəzb etdiklərini hiss edirlər.
Başqalarının dünyası onlara yaddır. Onlar bizim unutduğumuz hisslərin şahididirlər.
Hər mövzuda gözəl anlaşan bu cütlüklərin xoşbəxtliyi, baxılası bir film kimidir. Qısqanclıqdan başqa hər şey mükəmməl gedir. Qüsurların olmaması mümkün deyil.
Balıqlar və Şir bürc uyğunluğu
Bəzən sevgi səbəbsiz baş verir. Birdən yaranır. Bu, onların adını çəkə bilmədiyi bir hissdir. Bu iki bürc arasındakı münasibət gecə ilə gündüzü xatırladan, əks şəxslərin ayrılmaz birləşməsi kimidir.
Balıqların parıltısı, Şir bürcünün parıldaması ilə birləşir. Möhtəşəm dekorasiya, əla oyun. Hər oyunun bir sonu var. İşıqlar sönür, pərdə bağlanır. Qalır yaxşı ssenari və həmişə səhnədə görmək istədiyimiz qəhrəmanlar.
Bu sevgi bitməlidir və inanın ki, onu yaşamaqdansa xatırlamaq daha yaxşı olacaq.
Balıqlar və Qız bürc uyğunluğu
Qız bürcünün şüurlu şəkildə Balıqlara aşiq olması demək olar ki, mümkün deyil. Onlar tərs koordinatlı insanlardır.
Balıqlar dünyaya ana və ata olmaq üçün gəliblər. Emosionallığından yüksək miqdarda istifadə edirlər. Qız bürcü də iş dünyasında əhəmiyyətli bir insan olmaq üçün yaradılıb.
Nəticə, hər ikisi üçün məyusluqdur. Ancaq inadkar Balıqlar bu münasibətdən əl çəkmək istəməyə bilərlər. Nəticə onların istəklərinin əksinə olacaq. Hər şey bir gün tarix olacaq.
Balıqlar və Tərəzi bürc uyğunluğu
Hər ikisi bu dünyaya sevgini bilmək üçün gəlib. Birlikdə hər cür sevgini yaşayırlar. Bu filmdə göz yaşları, vidalaşmalar, görüşlər və romantikalar çoxdur. Onlar bu münasibətə o qədər qarışırlar ki, həyatda başqa insanların olduğunu anlayanda artıq gec olur.
Hisslərin paylaşıldığı bu sevgidə gözlənilən inkişaf istənilən nəticəni verməyəcək. Sevgi hardasa bitirsə, heç birinin günahı yoxdur.
Balıqlar və Əqrəb bürc uyğunluğu
Hər iki bürcün dünyası çox fərqlidir və bir-birilərindəki fərqi kəşf edirlər.
Bu sevgidə göz yaşları xoşbəxtlikdən daha çoxdur.
Balıqlar bürcü, Əqrəbin sərt reaksiyalarından öz payını alır. Bu emosional əsaslı əlaqəyə qısqanclığın əlavə edilməsindən sonra sevginin bütün elementləri tamamlanır.
Həyat boyu enişli-yoxuşlu olan bu münasibətdə kimin haqlı olması önəmli deyil. Yeganə həqiqət odur ki, onların danışmağa və mübahisə etməyə çox vaxtları olacaq. Məncə, onları tək buraxmaq daha yaxşıdır.
Balıqlar və Oxatan bürc uyğunluğu
Balıqlar bürcünün həddindən artıq emosionallığı, Oxatanbürcü üçün çox qəribə görünür. Duyğudan çox ağıl və məntiq adamı olan Oxatanlar həyatı dramatikləşdirmədən davam etmək istəyirlər.
Balıqlar bürcünün asılılığı Oxatan bürcü üçün lazımsız bir məsuliyyət kimi görünür. Həyatda artıq kifayət qədər çətinliklər var. “Vur” və “qaç”dan zövq alan Oxatanlar üçün, Balıqlar bürcü daşıması çətin bir yükdür.
Bir gün hər şeyin mükəmməl olacağına inanan Balıqlar bürcü üçün çətin bir proses başlayır. Oxatan bürcü ilə bu münasibətin heç vaxt olmayacağını bilsələr belə, hər zaman davam etməyə can atacaqlar.
Balıqlar və Oğlaq bürc uyğunluğu
Budur, ideal bir cütlük. Hər kəs öz vəzifəsindən razıdır. Oğlaq bürcü həyatını iş həyatına görə qurub. Maddi məsələlər həyatınızın bir hissəsidir. Onun məqsədi uğur qazanmaq, özünü sübut etməkdir. Balıqların buna etirazı yoxdur. Axtardığı tək şey güvəndir və Oğlaq ona bu güvəni ən yaxşı şəkildə təmin edir.
Bu münasibətdə hər şey qaydasındadır. Duyğular fərqli olsa da, getdikləri yol eynidir. Hər ikisi bu birliyi qəbul edirlər. İllər keçdikcə daha mənalı olacaq bir sevgidir. Bir-birlərini seçdikləri üçün peşman deyillər.
Balıq və Dolça bürc uyğunluğu
Fiziki cazibədən başqa, onların ortaq cəhətləri çox deyil.
Balıqlar bürcü, başlanğıcda Dolçanın yardımsevərliyini bəyənir və onu özünə yaxın görür. Daha sonra hər kəs öz həyatına çəkildiyi zaman münasibətlərin "pərdəarxası" ortaya çıxacaq və əlaqə cazibəsini itirəcək. Hətta Balıqlar bürcünün dərin sevgisi də "azadlıq" tərəfdarı Dolçaları yolundan döndərə bilməyəcək. Dolçalar üçün qaçmaq çətin olmayacaq.
Balıqlar və Balıqlar bürc uyğunluğu
Balıqlar öz emosional dənizlərində boğulmadan yaşamağı öyrənməlidirlər. Onsuz da onların başqa şansları yoxdur. Bir-birinin dünyasını ən yaxşı anlayan onlardır. Həyatı çətinləşdirmək əvəzinə, asanlaşdırmağa üstünlük verməlidirlər.
Balıqlar bürcünün nümayəndələri uzun müddət ərzində ortaq məxrəci tapacaqlar.
Bu iki eyni bürcün arasındakı münasibət, hər şeyi ilə sıx və dərin bir sevgidir. Qısqanclıqla paylaşmaq birlikdə gözəl harmoniya yaradacaq və sevgilərini patoloji etməsələr hər şey yaxşı olacaq. Onsuz da hər ikisinin bir-birini kəşf etmək üçün çox vaxtı olacaq.
Balıqlar bürcü ayrılığı necə yaşayır?
Sizi kənardan izləyənlər, emosional quruluşunuzun sevginin acısına tab gətirə bilməyəcəyini düşünür və pis xəbəri dərhal vermək istəmirlər. Əslində, kövrək görünüşünüzün altında güclü bir şəxsiyyət yatır. Qısa müddətdə göz yaşlarınızı qurudur, salfetləri bir kənara atıb özünüzü yeni həyatda tapırsınız.
Çoxlu yarımçıq sevgi yaşayacaqsınız.
Siz öz dəyərlərinizə uyğun yaşamağın tərəfdarısınız. Hər zaman bir sirr olaraq yadda qalacaqsınız.
İlahin, Bizimyol.info






