Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynaya "Bayraktar"ların yeni versiyası veriləcək
Ukraynaya "Bayraktar"ların yeni versiyası veriləcək

Türkiyə tərəfi "Bayraktar Akıncı" pilotsuz uçan təyyarələrinin Ukrayna Silahlı Qüvvələrinə (USQ) təhvil verilməsi məsələsini nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bunu “Baykar” istehsal şirkətinin baş direktoru Haluk Bayraktar deyib.

Bayraktarın Ukraynada istehsalı 2025-ci ildə başlaya bilər: "Yeni "Bayraktar Akıncı"ya gəlincə, bu məsələyə baxılır, müəyyən qərar veriləndən sonra tərəfimizdən açıqlama da olacaq", - o, "Azadlıq Radiosu"na müsahibəsində bildirib.

Bayraktarın sözlərinə görə, Ukraynada müəyyən tipli İHA istehsal etmək üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır. "Müdafiə sahəsində əməkdaşlıqda hökumətin icazəsi lazımdır və bizdə də bu icazə var. Ona görə də "Akıncı" məsələsi nəzərdən keçirilir, bu barədə bu qədər deyə bilərəm", - şirkətin rəhbəri əlavə etdi.

Sentyabrın 29-da Kiyevdə keçirilən birinci müdafiə sənayesi forumunda Bayraktar Ukraynada "Bayraktar" pilotsuz uçan aparat istehsal edən zavodun tikintisini 1,5 il ərzində başa çatdırmağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, şirkət ümumilikdə Ukraynaya 100 milyon dollara yaxın sərmayə qoyacaq. Onun sözlərinə görə, bu vəsait zavodun tikintisinə əlavə olaraq xidmət mərkəzinin və şirkətin Ukraynadakı baş ofisinin saxlanmasına sərf olunacaq.

Ötən ilin avqustunda məlum olub ki, Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı zavodunun tikintisinə başlanılıb. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, tikinti bir neçə ay çəkəcək və 2023-cü ilin sonuna qədər işə salına bilər. Bununla belə, Bodnar daha sonra döyüşlərin "zavod üçün ilkin planlara düzəlişlər etdiyini" söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »