Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Netanyahunun Türkiyəyə səfər edəcəyini bildirib
Ərdoğan Netanyahunun Türkiyəyə səfər edəcəyini bildirib

"İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfəri bu ilin oktyabr və ya noyabr aylarında baş tutacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycandan qayıdan təyyarədə türkiyəli jurnalistlərə açıqlamasında dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

"Xarici İşlər Nazirliyimizin səfərin tarixinin müəyyənləşdirilməsi ilə bağlı işi davam edir. İnanıram ki, Netanyahunun Türkiyəyə xəstəliyi səbəbindən təxirə salınan səfəri oktyabr-noyabr aylarında baş tutacaq. Onun sözlərinə görə, bu səfərin ən uyğun zamanda baş tutması üçün danışıqlar davam edir. Bundan sonra biz cavab səfəri edəcəyik. Türkiyə ilə İsrail bir çox sahədə əməkdaşlıq edir”, - deyə prezident qeyd edib.

Qeyd edək ki, iyulun 28-də İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfəri gözlənilirdi, lakin səfər onun səhəttində yaranan problenlə bağlı ləğv edilib.

Keçən həftə BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Türkiyə və İsrail liderləri arasında görüş keçirilib və görüş zamanı onlar səfər mübadiləsi barədə razılığa gəldikləri barədə məlumat verilib.

2022-ci ilin avqustunda Ərdoğanla İsrailin o vaxtkı baş naziri Yair Lapid arasında telefon danışığı olub, nəticədə iki ölkə arasında diplomatik əlaqələrin tam şəkildə bərpası və iki əyalət dörd illik fasilədən sonra səfirlərin paytaxtlara geri qaytarılması ilə bağlı razılığın əldə olunduğu açıqlanıb.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında İsrailin müdafiə naziri Benni Qantz Ankaraya səfər edib. Bu, yəhudi dövlətinin müdafiə idarəsi rəhbərinin son 10 ildə Türkiyəyə ilk səfəri olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »