Xarici işlər naziri Hakan Fidan yunanıstanlı həmkarı Yorqo Gerapetriti ilə görüşür. Görüş Yunanıstan mətbuatının və ictimaiyyətinin də gündəmindədir.
Bizimyol.info xəbər verir ki, Yunan mətbuatında “Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi” fikri tez-tez dilə gətirilməyə başlayıb.
Türkiyənin İsrail və Misirlə əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir. Yunanıstana qarşı Albaniya və Liviyanı öz sıralarına götürdüyü qeyd edilir.
Yunan mediası yazıb ki, görüş zamanı siyasi dialoq, etimad yaradılması tədbirləri və müsbət gündəm məsələləri müzakirə olunacaq. Yunan mediasında gərginlikdən uzaq bir görüş gözləntisinin olduğu vurğulanıb ki, bu da iki tərəf arasında əlaqələrin güclənməsinə şərait yaradacaq.
Yunan ictimaiyyəti Fidan-Gerapetritis görüşünə diqqət yetirərkən, Kipr Rum Administrasiyasında İsrail və Yunanıstan liderlərinin iştirakı ilə toplantı keçirilib. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis: "Türkiyə ilə Yunanıstan arasındakı bu yaxşı iqlimin ardıcıllıq və davamlılıq olmalıdır", - deyə qeyd edib.
Bizimyol.info






