Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankarada "F-4" döyüş təyyarəsinin bir hissəsi qoparaq avtomobillərin üzərinə düşüb - Video
Ankarada "F-4" döyüş təyyarəsinin bir hissəsi qoparaq avtomobillərin üzərinə düşüb - Video

Bu gün günorta saatlarında Ankarada çaxnaşma yaradan hadisə baş verib. "F-4" qırıcı təyyarəsinin yanacaq çəni TPAO-nun açıq dayanacağına düşüb.Düşən parça anbaan Ankaralılar tərəfindən görüntülənib. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, üç avtomobilə ziyan dəyib.

Bizimyol.info xəbər verir ki, Milli Müdafiə Nazirliyi istintaqın davam etdiyini bildirərkən, sözügedən döyüş təyyarəsinin Əskişəhərə təhlükəsiz eniş etdiyini açıqlayıb.

Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib. Açıqlamada: “Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus "F-4" döyüş təyyarəsinin bir hissəsi Ankara üzərində uçuşu zamanı naməlum səbəbdən TPAO-ya məxsus açıq dayanacaqa düşüb. Təyyarə sağ-salamat Əskişəhər meydanına eniş edib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Mövzu ilə bağlı təfərrüatlı texniki təhqiqat davam edir”, - deyə məlumatda deyilir.

Sabiq Baş Qərargah Kəşfiyyat rəisi İsmail Hakkı Pekin "CNN TÜRK" ekranlarında hadisə ilə bağlı açıqlama verib. İsmail Hakkı Pekin çıxışında: "Çox maraqlı hadisədir, heç vaxt belə bir hadisə barədə eşitməmişəm. Bizdə çoxlu "F-4" yoxdur, onlar tədricən dəyişəcək. Düşünürəm ki, "F-35"lər, yeni model təyyarələr gələcək. Təyyarənin hissələrinin qopub yerə düşməsi isə dəhşətli bir şeydir. Doğrudan da, biz indiyədək bunun şahidi olmamışıq, bu tip akrobatika şousunda bəzi şeylər olur, bəzən bizim əsgərlər də belə şeylər edirlər, amma bu, ilk dəfə görülən bir hadisədir", - deyə o qeyd edib.

"Hara düşdü, necə qopdu, hava qüvvələri hara baxır. Parçanın qopduğu yerə baxış keçirmək lazımdır. Qopdu düşdü, sındı, metal zəiflədi, bütün bunlara baxılacaqlar və ekspertdirlər, güman ki, qısa zamanda lazımi cavabı verirlər.

Bilmirəm hissə düşdü, yoxsa ehtiyat yanacaq çəni düşüb. Ola bilsin ki, nasazlıq olub, amma təyyarədə belə bir problem ola bilməz, olsa, ona uçmağa icazə verilməz. Yəqin ki, qırılan parça təyyarəyə o qədər də təsir edən hissə deyil. Bu, 1,5-2 saat əvvəl baş vermiş hadisədir. Mən oraya yaxınam, 2 "F-4" təyyarəsi keçdi, səs-küylü idi, parçanın düşəcəyi yer yəqin ki, örtük parçasıdır və s., çox əhəmiyyətli deyil. Buna metalın boşalması səbəb ola bilər. Modernləşdirilmiş, lakin hələ də köhnə, illərdir istismar olunan təyyarələrdir. Daha əvvəl dediyim kimi, hava qüvvələri komandası, bu işin ustasıdır, nə olduğunu müəyyən edəcəklər. Əgər belə bir şey varsa, hava qüvvələri "F-4"lərin uçuşunu qadağan edəcək", - deyə bildirib.

"Mühərrikdə nasazlıq və ya başqa bir şey olarsa, təyyarədə bu yanacaq çənlərini çox asanlıqla atmaq üçün bir düymə var. Yağış və ya çürümə səbəbindən çox asanlıqla öz başına düşə bilər. Yağış səbəbindən elektrik xətti kəsilə bilər. Boş çəndir. Məncə, elektrik dövrəsi öz-özünə qapanıb və çəni atıb", - deyə hərbçi bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »