Sosial şəbəkələrdə Türkiyənin Marmaris şəhərindəki "Meril Club 4*" otelində yaranan vəziyyəti müzakirə edirlər.
Bizimyol.info xəbər verir ki, Rusiyadan gələn gəlin Türkiyədə yerləşən otellərdən birində 200 avro cərimələndikdən sonra sosial şəbəkədə qəzəbləndiyini bildirib. Daha sonra o, Rusiya xəbər saytlarından birinə "ədalətsizlik" baş verdiyini yazıb.
Turistin dediyinə görə, onların otağında duş kabinasının hərəkət edən şüşə qapısı çarxlardan çıxıb və qapının şüşəsi sınaraq ona və gənc oğlana xəsarət yetirib. Rus qadını qəbulda yaralarını müalicə etmək üçün bəzi tibbi ləvazimatlar istəməyə məcbur olub və gecənin qalan hissəsini onlar “bir-birinin bədənindən şüşə qırıqlarını çıxarıblar və otağa dağılmış süşəni süpürdülər. Ertəsi gün ruslar aldıqları xəsarətlərə görə təzminat tələb etmək qərarına gəldilər.
“Otelin sahibi bizə dedi ki, dünən sərxoş olmuşuq, özümüzü nalayiq aparmışıq, onlar işçilərin köməyi ilə bizi otağımıza aparıblar, sonra da biz şüşəni qırmışıq. İndi də buna görə otel bizi cərimələyir”, – qəzəbli rəy müəllifi yazıb.
Otel rəhbərliyi yeni evlənən turistlərdən şüşə sınmasına görə 6 min lirə məbləğində cərimə ödəməsini tələb edib. Turoperatorun nümayəndəsi müştərilərinə cəriməni ödəməyi tövsiyə edib, çünki imtinaya görə oteldən çıxarkən problemlər yarana biləcəyini bildirib. Eyni zamanda əlavə edib ki, arzu edənlər polisə müraciət edə bilərlər və onlara bələdçi-tərcüməçi xidməti göstəriləcək. Jandarm həmçinin turistlərə sınmış şüşəyə görə ödəniş etməyi, ödəniş sənədini götürməyi və yalnız bundan sonra Rusiyaya qayıtdıqdan sonra turoperatora iddia qaldırmağı tövsiyə edib.
“Bal ayı səyahətinin 7 gününün altısını dəhşətli stress keçirdim. Həyatımız təhlükəyə altında idi, bizə böhtan atıldı, cərimələndik, tətilimiz məhv oldu”, - qalmaqallı gəlin deyib.
Amma o həqiqətən sərxoş olduqlarını təkzib etməyib və bəzi şeyləri xatırlamaqda çətinlik çəkdiyini bildirib.
Qadir, Bizimyol.info






