Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: Yüksək dəyəri olan məhsullarımızla makroiqtisadi problemlərimizi həll edəcəyik
Nazir: Yüksək dəyəri olan məhsullarımızla makroiqtisadi problemlərimizi həll edəcəyik

Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyənin ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST-in bağlanış mərasimində iştirak edib.

Bizimyol.info xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Şimşək, TEKNOFEST-in ölkə üçün edilə biləcək ən möhtəşəm tədbir olduğunu deyərək, 7-dən 70-ə qədər hər kəsə elm, maraq və texnologiya sevgisi aşılayan bir hadisə olduğunu söyləyib.

TEKNOFEST-in gələcək üçün çox kritik bir festival olduğunu dilə gətirən Şimşək: “Əhəmiyyətli olan əvvəlki proseslərdir. Bu son bayramdır. Əvvəlcədən bilirəm ki, bütün ölkədə sinif otaqlarında buna hazırlıq gedir. Zamanla bu hazırlıqlar elm naminə yeniliyə, ixtiraya çevriləcək və əsas da budur. Türkiyənin müdafiə sənayesində ən yaxşı nümunəsi ASELSAN-dır. Onun çatdığı səviyyəni görmək çox vacibdir. Mən çox təsirləndim”,-

deyə qeyd edib.

ASELSAN-ın baş direktoru Ahmet Akyol, Müdafiə Sənayesi Rəhbərliyinin sədri Haluk Görgünün ona bəzi texnologiyalar haqqında məlumat verdiyini ifadə edən Şimşək, bunların çox orijinal, çox qabaqcıl texnologiyalar olduğunu, dünyada yalnız bir neçə ölkənin istehsal edə biləcəyini vurğuladı. Şimşək: "Bu, həm də ölkəmizin yaşaması üçün çox dəyərlidir. Bir tərəfdən aviasiya və müdafiə sənayesində gəldiyimiz nöqtəni görmək, digər tərəfdən də uşaqlarda elmə sevgi marağı aşılamaq baxımından çox dəyərlidir. Buna görə əməyi keçən hər kəsə çox təşəkkür edirəm. Təbrik edirəm, bu, qeyri-adi nailiyyətdir”, - deyə bildirib.

“Biz maraqla başladıq və onu elm, innovasiya və nəhayət, onu kommersiyalaşdıracaq sahibkarlıq ekosistemi ilə birləşdirdik, əla. Artıq burada universitetlər, gənclər, sənaye, texnologiya var. Ekosistem bütün komponentlərə malikdir. Türkiyədə müvəffəqiyyət üçün bütün ekosistem hazırdır. Türkiyənin gələcəyinin çox parlaq olduğuna inanıram. İnşallah çox yüksək əlavə dəyərə malik məhsullar istehsal edəcəyik və beləliklə, makroiqtisadi problemlərimizin bir qismini çox asanlıqla aradan qaldıracağıq. Bu hadisələrin gətirəcəyi məhsullar sayəsində problemlərin öhdəsindən gələcəyik, çünki müdafiə sənayesinin gəldiyi nöqtəni bilirik. Biz yüksək əlavə dəyərə malik məhsullar istehsal etməliyik və çox yüksək enerji xərcinə baxmayaraq cari açığımızı bağlamalıyıq. İnanıram ki, bu tədbirin, bu bayramın, festivalın buna böyük töhfəsi olacaq. Türkiyənin gələcəyi çox parlaqdır”,- deyə nazir qeyd edib.

Nazir Şimşək, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır və Cumhurbaşkanlığı Müdafiə Sənayesi Başçısı Prof. Dr. Haluk Görgün ASELSAN stendini ziyarət edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »