Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya adaya "telefonsuz" giriş tətbiq edir: "Hisslərinizi telefon əvəzinə təbiətə sərf edin"
Finlandiya adaya "telefonsuz" giriş tətbiq edir: "Hisslərinizi telefon əvəzinə təbiətə sərf edin"

Smartfonların əlimizdə olduğu bir dövrdə Finlandiyanın Ulko-Tammio adasında maraqlı qərar qəbul edilib. Finlandiyanın milli parkları arasında yer alan adaya gələnlər üçün "telefonsuz kampaniya" başladılıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, kampaniya ilə təbii ki, ziyarətçilərin telefondan istifadəsinə qadağa qoyulmayacaq. Onlar telefonlarını ciblərinə qoymağa və adanı və təbiəti tam şəkildə yaşamağa təşviq ediləcəklər.

Gələcəkdə kampaniya təkcə bu proseslər məhdudlaşmayacaq. Finlandiyanın Parklar və Vəhşi Təbiət təşkilatından Joel Heino yeni kampaniyanın müxtəlif bölgələrdə həyata keçirilə biləcəyini qeyd edib.

“Biz ziyarətçiləri könüllü olaraq telefonlarını kənara qoymağa və hisslərini telefon əvəzinə təbiətə yönəltməyə təşviq edirik. Bu, tətbiq oluna bilən gözəl təşəbbüsdür”-deyə Joel Heino vurğulayıb.

Qeyd edək ki, bu adada nadir quşlar və bitkilər var. Eyni zamanda, çoxlu gəzinti marşrutları və bitkilərlə iç-içə sahillər mövcuddur.  Bölgəyə səfərlər şəxsi qayıqlar və ya su taksiləri və avtobuslarla həyata keçirilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »