Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan-Putin görüşü taxıl müqaviləsi üçün yeganə ümid yeridir
Ərdoğan-Putin görüşü taxıl müqaviləsi üçün yeganə ümid yeridir

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də insanların canını almaqda davam edir. Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir.

Bizimyol.info xəbər verir ki, Ukraynanın çoxdan gözlənilən əks-hücuma başlayandan sonra, müharibədə rolların dəyişdiyi bir vaxtda dünya Stanbulda bağlanmış taxıl müqaviləsinın gələcək taleyini maraqla gözləyir.

Milyonlarla insanı narahat edən sövdələşmənin müddəti bir neçə gün sonra başa çatacaq. Razılaşmanın uzadılması üçün bir daha hərəkətə keçən prezident Ərdoğan İstanbulda Ukrayna lideri Zelenskini qəbul edib.

Ərdoğanın yaxın günlərdə Rusiya prezidenti Putinlə görüşü gözlənilir. Taxıl müqaviləsinin uzadılması üçün kritik əhəmiyyət kəsb edən görüşlə bağlı Rusiya mətbuatından diqqətçəkən şərh gəlib.

Rusiyanın dövlət xəbər agentliyinın məlumatına görə, Putin və Ərdoğan arasında danışıqlar gələn həftə baş tutacaq və bu Qara dəniz taxıl müqaviləsinin uzadılması üçün yeganə ümid olaraq qalır. Danışıqlarla tanış olan, adının açıqlanmasını istəməyən mənbəyə istinadən Rusiya mətbuatı bildirib ki, müqavilənin uzadılması ilə bağlı “nikbin danışmaq imkanı, demək olar ki, yoxdur”.

"Bizim təcrübəmiz göstərir ki, iki lider arasındakı danışıqlar vəziyyəti dəyişə bilər, indiki çətin dövr də istisna deyil. Türkiyə Prezidenti ilə Rusiya dövlət başçısının gözlənilən görüşü, hələlik bu prosesin irəli aparılmasında yeganə istinad olaraq görünür", - deyə mənbə bildirib.

2022-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Qara dəniz sazişi Ukrayna taxılının Qara dəniz limanlarından təhlükəsiz ixracını təmin etməklə qlobal ərzaq böhranının qarşısını almaq məqsədi daşıyırdı.

Ərdoğanın aparıcı diplomatiya apararaq uzadılmasına nail oldğu Taxıl Təşəbbüsünün müddəti iyulun 17-də başa çatacaq.

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşündə bildirib ki, taxıl sazişinin uzadılması ilə bağlı problemlər hələ də həll olunmayıb.

Verşinin taxıl müqaviləsində Rusiya taxılının təhlükəsiz dəhliz vasitəsilə dünya bazarına çıxarılması ilə bağlı maddələrin olduğunu, lakin bu dəhlizdən indiyədək yalnız Ukrayna taxılının daşındığını bildirib.

"Paketdə bir element tətbiq edirsiniz, digərinin işləməsinə heç bir şərait yaradılmır. Bu, həqiqətən vacibdir. Bu müqavilənin uzadılması ilə bağlı problemlər hələ də həllini tapmayıb. 120 günlük müddət noyabrın 18-də başa çatıb. Qəbul edilməli olan qərarlarda bütün şərtləri nəzərə alırıq”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »