Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki bülletenləri diplomatik kuryerlər vasitəsilə Bakıdan Türkiyəyə göndərilib
Seçki bülletenləri diplomatik kuryerlər vasitəsilə Bakıdan Türkiyəyə göndərilib

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün Türkiyə vətəndaşlarının Azərbaycanda verdikləri səslər diplomatik kuryerlər vasitəsilə İstanbula göndərilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Bildirilir ki, Azərbaycanda mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün səsvermə prosesi dünən başa çatıb. Azərbaycanda qeydiyyatda olan türk seçicilər üçün səsvermə prosedurları mayın 20-22-də Türkiyənin Bakıdakı səfirliyi, Naxçıvan və Gəncə Baş Konsulluqlarında keçirilib. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki məntəqəsində səs veriblər.

Səsvermədən sonra qutulara yığılmış seçki bülletenləri gecə saatlarında Bakı səfirliyində diplomatik torbalara qoyularaq möhürlənib. Səhər saatlarında hava limanına aparılan bülleten torbaları diplomatik kuryerin müşayiəti ilə Türk Hava Yollarının (THY) İstanbul reysinə yerləşdirilib.

Qeyd edilir ki, Azərbaycanda 11 min 43, Bakı səfirliyində 7 min 417, Gəncə konsulluğunda 2 min 277, Naxçıvan konsulluğunda isə 1349 seçici qeydiyyatda olub. Azərbaycandakı türk seçiciləri seçkinin ikinci turunda 60 faizə yaxın iştirak edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »