Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Paşinyan
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Paşinyan

Ermənistan Qarabağın da daxil olduğu 86,6 min kvadratkilometrlik ərazidə öz sərhədləri daxilində Azərbaycanın suverenliyini tanıyır, lakin mən hesab edirəm ki, Qarabağda nizamlanma dialoq yolu ilə olmalıdır.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü Avropa Şurasının Reykyavikdə keçirilən sammitində Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib.

“Üç gün əvvəl biz Avropa Şurası prezidentinin vasitəçiliyi ilə daha da irəli gedərək vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr, Azərbaycanın Ermənistan ərazisini 29,8 min kvadratkilometr tanıyır. Amma Laçın dəhlizində yaranmış yeni stuasiya orada olan erməni əhali üçün narahatlıq yaradır”.

Baş nazir Qarabağa və Laçın dəhlizinə qanun pozulması faktlarını müəyyən etmək üçün beynəlxalq missiyanın göndərilməsinin zəruriliyini bəyan edib.

“Və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün beynəlxalq himayə altında Bakı ilə ermənilərin yaşadığı Xankəndi arasında münasibətlərin dəyişdirilməsinə başlamaq həyati əhəmiyyət kəsb edir”, - Paşinyan bildirib.

1988-ci ilin fevralından balayaraq Ermənistan Qarabağda separatçı fəaliyyət baladaraq Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrıldığını elan etmək adı ilə Azərbaycan ərazisində işğal siyasəti həyata keçirib. Ölkə ərazisinin 20%-dən artıq ərazisini 30ildən artıq işğal altında saxlayıb. 27 sentyabr 2020-ci ildə bölgədə vəziyyət dəyişib və Azərbaycan öz ərazilərini azad etmək üçün aktiv döyüşlərə başlayıb. 2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Paşinyan Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar.

Sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri olduqları mövqelərdə dayanıb. Azərbaycan bir neçə rayon işğaldan azad edib, təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib.

Daha sonra üç ölkənin liderləri regiondakı vəziyyətlə bağlı daha bir neçə birgə bəyanat qəbul ediblər. 2022-ci ildə Azərbaycan və Ermənistan sülh müqaviləsini müzakirə etməyə başlayıblar.

Qadir, Bizimyol.info

P.S: Ermənistan yenə də əzabkeş dona girmək niyyətini nümaiş etdirir. Azərbaycan dövləti  öz ərazisindəki azsayı xalqlarla necə davranmaq lazım ölduğunu bilir. Sadəcə dinc vətəndaş olmaları yetər. Və ölkə ərazisində yaşayan bütün xalqlar eyni hüquqa malikdir. 

Son xəbərlər
Bütün xəbərlər »