"Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açqlamasında deyilib. Qeyd edilib ki, ilk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən "Brüssel formatı"nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir.
“Dünən Avropa Şurası İttifaqının sədri Şarl Mişelin dəvət və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə beşinci raund görüşünün keçirilməsi bir sıra məqamlarla yadda qaldı. Görüşün son nəticəsində Şarl Mişelin açıqlamasında diqqət edilən məqamlardan biri orada Azərbaycan-Ermənistan şərti dövlət sərhədinə yaxın ərazidə, Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin qurulmasına hər hansı bir işarə edilmədi. Bu, xüsusi önəm daşıyır. Görünür, həm Ermənistan tərəfi, həm də Avropa tərəfi Laçın dəhlizi məsələsində hər hansı bir iddiası, narahatlığı görünmür”...
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov danışıb.
Samir HümbətovPolitoloqun fikrincə, Ermənistanın Azərbaycan ərazi bütövlüyünü tanıması məsələsi da xüsusi önəm daşıyır. Çünki, verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyünü Ermənistan tərəfi tanıyır.
“Ümumiyyətlə, Azərbaycan tərəfinin, Azərbaycan Xarici İşlər nazirliyinin verdiyi açıqlamada “biz Brüssel formatının saxlanılması şərti ilə Kişnyovda qeyri-formal görüşün keçirilməsinə razıyıq” ifadəsini istifadə etməsi ondan xəbər verir ki, Brüsseldə Azərbaycanın maraqlarını təmin edən mühüm qərarlar qəbul edilib. Yəni Azərbaycan tərəfi, o formatın saxlanılmasına razıdır. Qarşıda hələ görüşlər var. Kişinyovda görüşəcəklər, Moskvada görüşəcəklər, xarici işlər nazirliyinin görüşləri olacaq. Bunların hamısını dəyərləndirdikdə və xüsusən də Vaşinqton görüşündə bura əlavə etdikdə deyə bilərik ki, Azərbaycanın kifayət qədər üstünlüyü formalaşıb”-deyən politoloq bildirib ki, bəzi detallar var ki, müzakirə olunmalıdır. Yəni sülh müqaviləsinin imzalanması o qədər asan məsələ deyil. Ermənistan çox işlər görməlidir. Öhdəliyinə çox işlər düşür.
Konstitusiya dəyişikliyinə getməlidir. Bunlar hamısı olduqdan sonra bölgəyə sülh gələ bilər.
“Demirəm ki, xalqlar arasında tam şəkildə sülh ola bilər. Hər halda müəyyən bir dövr ərzində sülhün əldə edilməsi mümkündür. Gələcək dövrlərdə xalq diplomatiyasını əlavə etmək olar”-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info






