Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada uzunömürlülük və yüksək həyat səviyyəsinin sirri nədir?
Yaponiyada uzunömürlülük və yüksək həyat səviyyəsinin sirri nədir?

Yaponiya bir növ “iqtisadi möcüzə”, inkişaf etmiş iqtisadiyyata və yüksək həyat səviyyəsinə malik ölkədir. Yaponiya sənayesi əsasən avtomobil, texnologiya və innovasiya sektorlarına yönəlib. Ölkədə biznesin genişləndirilməsi üçün çox əlverişli mühit və beynəlxalq ticarətin inkişafı perspektivləri var.

Bununla yanaşı, 90.000-dən çox yapon əsrin sərhədini keçib. Bu uzunömürlülüyün sirri isə hələ də dəqiq bilinmir: bəziləri bunun sağlam vərdişlər və qidalanma xüsusiyyətləri ilə əlaqəli olduğunu deyir, bəziləri isə əsas səbəb kimi mentalitet və həyat fəlsəfəsinin xüsusiyyətlərini göstərir.

Bizimyol.info Yaponiyada niyə uzunömürlülərin çox olduğunu və ən yüksək maaşların olduğunu araşdırıb.

Uzunömürlülük rekordları

Ən son araşdırmaya görə, Yaponiyada təxminən 10.000 kişi və 80.000 qadın əsrin sərhədini keçib.Həmin il ölkədə uzunömürlülərin ümumi sayı 90,5 min nəfərə yaxın olub. Son iki onillikdə rəqəmlər durmadan artır.

Yaponların orta əmək haqqı

Yaponiyada orta əmək haqqı 6,180,000 Yapon yeni (JPY) və ya ildə 53,583 ABŞ dollarıdır (1 JPY = 0,0087 ABŞ dolları).

Bu göstərici regionlara görə və müxtəlif amillərdən dəyişir. Məsələn, iş təcrübəsi, təhsil səviyyəsi, işin xüsusiyyətləri və s. Beləliklə, bütün bu elementləri nəzərə alaraq, Salary Explorer-ə görə, 2022-ci ildə Yaponiyada orta əmək haqqı ayda 545,000 JPY (4,730 dollar) təşkil edir. Orta əmək haqqı rəqəminə mənzil və nəqliyyat kimi əlavə imtiyazlar daxildir.

Yaponiyada adətən 40 saatlıq iş həftəsi var və minimum saatlıq əmək haqqı hər bölgə üçün regional şura tərəfindən müəyyən edilir. Orta hesabla minimum saatlıq əmək haqqı artmaqda davam edir.

Tokio Yaponiyada ən yüksək orta əmək haqqı təklif edir, çünki burada çoxlu böyük korporasiyalar və daha böyük biznes bazarı var. Statistikaya görə növbəti yerləri Yokohama və Osaka tutur.

Pozitiv düşüncənin sirri

Sual yaranır: təbii sərvəti çox az olan, münbit torpaqları və yaşayış sahəsinə malik kiçik ölkə bu qədər inkişaf səviyyəsinə necə nail olub? Onların uzunömürlülüyünün sirri nədədir?

İlk öncə onu nəzərinizə çatdıraq ki, uzunömürlülüyün sirr kimi yalnız sağlam pəhriz və yaxşı vərdişləri nəzərə almaq kifayət deyil, çünki bir çox ölkə və bölgələr isti dəniz və ya okean sahillərində yerləşir və sakinlər yaponlar kimi eyni balıq, düyü və dəniz yosunu istehlak edir, lakin demək olar ki, belə yüksək həyat səviyyəsi yoxdur.

Yaponların xüsusi ünsiyyət fəlsəfəsi var. Ünsiyyət zamanı həmsöhbətin əhvalını pozmağa çalışmırlar. Yaponlar sülh və harmoniyanı dərindən qiymətləndirirlər. Yəqin ki, onlar nəinki pozitiv düşüncənin vacibliyini dərk edən, həm də praktikada tətbiq etməyə başlayanlar arasında birinci olublar.

Yaponlar həqiqətən öz fikirlərini necə idarə etməyi bilirlər. Mənfilik təkcə əhval-ruhiyyəni pozmur, həm də sağlamlığa təsir edir. Əslində gələcəyi məhv edir. Yaponlar “yox” sözündən imtina etməyi tətbiq edirlər.

Bunu ümumi şüur səviyyəsində etmək asan olub. İndi hər kəs - məktəbdə, işdə və ya evdə - fikirlərini idarə etməyə çalışır və neqativlərin həyatı korlamasına və gələcəyi məhv etməyə imkan vermir.

Buna görə də, pozitiv düşüncə və psixi sağlamlığın qayğısına qalmaq (yalnız özünüzün deyil, həm də ətrafınızdakıların) yaponlara harmoniya hiss etmələrinə və dolğun həyat sürmələrinə imkan verir. Bu, uzunömürlülüyün sirlərindən biridir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »