Episentri Kahramanmaraş olan və 10 əyalətdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları dağıntılar sahəsində fasiləsiz olaraq çalışır.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, məlumata görə, qruplar Kahramanmaraşda aparılan işlərdə dağıntılar altında qalan 53 nəfəri sağ çıxara bilib. Komanda 729 nəfərin cəsədini çıxarıb.
Məlumatda qeyd edilib ki, Azərbaycanın Kahramanmaraş şəhərində yaradılmış 2 səhra xəstəxanasında indiyədək 512 nəfər müalicə edilib.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində Fövqəladə Hallar Nazirliyinin 760 nəfər azərbaycanlı şəxsi heyəti, o cümlədən tibb işçiləri iştirak edir.
Bizimyol.info






