Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələdə həlak olanların sayı artıb
Zəlzələdə həlak olanların sayı artıb

Fevralın 6-da saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7.7; Elbistan mahalında saat 13:24-də baş verən 7.6 bal gücündə iki zəlzələ olub. Təbii fəlakət Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Malatya və Kilisdə böyük dağıntılara səbəb olub.

Bizimyol.info xəbər verir ki, Türkiyəni sarsıdan zəlzələdən 11 gün keçir, bölgədə dağıntıların təmizlənməsi işləri davam edir.

Daxili İşlər Naziri Süleyman Soylu CNN Türk kanalında Əhməd Hakanın Neytral Bölgə proqramında zəlzələdə ölən vətəndaşların sayının 39 672 olduğunu açıqlayıb. Nazir Soylu həmçinin bölgədəki 82 min binanın ya dağıldığını, ya da ciddi ziyan gördüyünü açıqlayıb.

Vitse-prezident Fuat Oktay AFAD-ın Baş Qərargahında açıqlamalar verib. Oktay bunları deyib: 11 vilayətdə axtarışları davam edən dağıntıların sayı 200-dən aşağıdır. 264 min 389 personalımız hər sahədə işlərini davam etdirir. 374 min 313 nəfər təxliyə edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »