Türkiyədə mərkəzi Kahramanmaraş olan zəlzələlərin 11-ci günündə dağıntılar altından sağ qurtarılanlar olub.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən sonra Hatayda axtarış-xilasetmə işləri davam etdirilib.
Hatayın mərkəzi Antakya rayonunda Ekinci məhəlləsindəki Buket binasında çalışan axtarış-xilasetmə qrupları zəlzələdən 260 saat sonra dağıntılar altından 12 yaşlı uşaq xilas edilib.
Zəlzələnin 260-cı saatında qrupların səyi ilə 12 yaşlı xarici ölkə vətəndaşı Osman Halebiye dağıntılar altından xilas edilib. Uşaq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Bundan bir saat sonra isə daha bir sevindirici xəbər gəlib. Hatayın mərkəzi Antakya rayonunda Odabaşı Məhəlləsindəki xüsusi xəstəxananın dağıntıları üzərində iş aparan qruplar, 2 adamın sağ olduğunu müəyyən ediblər. Təbii fəlakətin baş verməsindən 261 saat sonra binanın dağıntıları altından 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcı xilas edilib.
Şakiroğlu və Avcı xəstəxanaya aparılıb.
Bizimyol.info






