Ermənistan Respublikası Milli Elmlər Akademiyasının akademiki, türkoloq Ruben Safrastyan Ermənistan İctimai Televiziyasının efirində münasibətlərin normallaşması ilə bağlı Ermənistan-Türkiyə dialoqunun hazırkı mərhələsini şərh edib.
Bizimyol.info xəbər verir ki, Ruben Safrastyan PTA-nın efirində bildirib ki, o, inanır ki, Türkiyə böyük Çin Yeni İpək Yolu layihəsinin üzvü olacaq, onun bir hissəsi Ermənistan ərazisindən keçərək Türkiyəyə daxil olacaq.
Ararat Mirzoyan və Mövlud Çavuşoğlunun mətbuat konfransında səslənən tezisləri dəyərləndirən Safrastyan qeyd edib ki, Ermənistan-Türkiyə danışıqlar prosesi yəqin ki, “kiçik addımlarla” davam edəcək. Ekspertin fikrincə, Türkiyə Ermənistana qarşı “kiçik addımlar” siyasətini seçib.
"Birincisi, iki məsələdə razılıq əldə olundu: yüklərin hava yolu ilə daşınması, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması və s. Türkiyənin hazır olduğunu göstərmək üçün indi sərhəddəki körpünün birgə təmiri, infrastrukturun yaxşılaşdırılması kimi addımlara ehtiyac var. Həm də Ermənistanla problemin yekun şəkildə normallaşması onun üçün vacibdir ki, Ermənistan danışıqlar prosesində qalsın”, - deyə Safrastyan qeyd edib. O, sonda xatırladıb ki, Ermənistan əvvəlcə bütün sahələrdə münasibətləri bir anda normallaşdırmağa hazır olduğundan danışıb.
Məlumat üçün bildirək ki, çərşənbə günü türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətlərin tam şəkildə normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazır olduğunu və istəyini bir daha təsdiqləyib.
“Ani körpüsünün birgə səylərlə təmiri, eləcə də sərhədlərin açılması ərəfəsində infrastrukturun təkmilləşdirilməsi haqqında razılaşma var”, - deyə Mirzoyan bildirib.
Leyla Mirzə, Bizimyol.info






