Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə baş verən zəlzələdə həlak olanların sayı artıb
Türkiyədə baş verən zəlzələdə həlak olanların sayı artıb

Fevralın 6-da saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətində 7.7 və saat 13.24-də 7,6 bal gücündə iki zəlzələ olub.

Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agetliyindən (AFAD) verilən məlumata görə, ölkəni sarsıdan zəlzələdən 11 gün keçsə də, bölgədə axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edir.

AFAD-dan verilən açıqlamada: "Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində ümumilikdə 36 min 187 vətəndaş həyatını itirib",- deyə bildirilir.

AFAD-nın açıqlamasına görə, 108 068 vətəndaş xəsarət alıb, 216 347 fəlakət qurbanı bölgədən digər ərazilərə təxliyə edilib.

Təhlükəsizlik Baş İdarəsi sosial media platformalarında zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 651 hesab sahibinin müəyyən edildiyini, onlardan 330-u haqqında məhkəmə prosesinin başlandığını açıqlayıb. "İniyə qədər olan müddətdə 110 nəfər saxlanılıb, 21 nəfər həbs edilib", - deyə məlumatda qeyd edilir.

Son xəbərlər
Bütün xəbərlər »