Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədəki zəlzələ qurbanlarına böyük yardım göstərən müğənni qəzaya düşdü
Türkiyədəki zəlzələ qurbanlarına böyük yardım göstərən müğənni qəzaya düşdü

Türkiyədə zəlzələ baş verən gündən mümkün olan yardımların göstərilməsi üçün müxtəlif istiqamətlərdə işləri səfərbər edən müğənni, eyni zamanda “Ahbap” dərnəyinin başqanı Haluk Ləvənt fevralın 14-də günorta saatlarında qəzaya düşüb.

Bizimyol.info xəbər verir ki, hadisə müğənni zəlzələ bölgəsinə - Kahramanmaraşın Pazarçık ilçəsinə yardım apardığı zaman baş verib. Həkimlər müğənninin həyatına təhlükə olmadığını bildiriblər.

Sosial media hesabından hadisə barədə paylaşım edən müğənni durumu haqda da məlumat verib. O bildirib ki, vəziyyəti yaxşıdır, narahatlığa əsas yoxdur.

“Pazarcık yaxınlığında çuxurlu yola deyəsən, sürətli girdik. Üzr istəyərək, yazım ki, deyəsən, həmin vaxt kəmərdən istifadə etmədiyim üçün başım iki dəfə avtomobilin tavanına dəydi. Qaş nahiyəmdə bir az zədələnmə var. Lakin buna baxmayaraq, işləyə biləcək vəziyyətdəyəm. Yəqin ki, bir saatdan sonra işimin başında olaram. Hamınıza çox təşəkkür edirəm. Gerçəkdən yaxşıyam”, - Haluk Ləvəntin sözləridir.

Fevralın 13-də Haluk Ləvənt Türkiyə telekanallarına açıqlamasında bildirmişdi bildirmişdi ki, rəhbərlik etdiyi dərnəyə edilən yardım 1 milyard Türk lirəsini keçib.

Müğənni həmçinin sistemsiz göndərilən yardımların problemlər yaratdığını da vurğulamışdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »