İstanbulun İstiqlal küçəsində terror aktını törədən qadın terrorçu, PKK-nın üzvü Əhləm Əlbəşirin dindirilməsinə başlanılıb.
APA xəbər verir ki, dindirilmə zamanı bildirib ki, ona Türkiyədə terror aktı törətmək əmrini PKK-nın kod adı “Hacı” olan yüksək rütbəli zabiti verib.
Əhləm Əlbəşirdən başqa cinayəti törətməkdə şübhəli bilinən 50 şəxsin də istintaq işi üzrə dindirilməsi davam etdirilir.






