Benyamin Netanyahu bildirib ki, Livan üzrə əldə olunan çərçivə razılaşması İran üçün “zərbə” hesab olunur. İsrail baş naziri həmçinin qeyd edib ki, təhlükəsizlik səbəblərinə görə İsrail qoşunları hələlik Cənubi Livandan çıxarılmayacaq.
Bizimyol.info xəvər verir ki, onun sözlərinə görə, “uzun sürən danışıqlar nəhayət nəticə verdi”. Netanyahu bildirib ki, ən vacib məqam İsrailin Cənubi Livanda təhlükəsizlik zonasını saxlamasıdır:
“Ən vacib məsələ odur ki, İsrail Cənubi Livanda təhlükəsizlik zonasında qalır. Bu böyük nailiyyətdir və biz bunu "Hizbullah" silahsızlaşdırılana və İsrail üçün təhlükə qalana qədər qoruyacağıq”, – deyə o bildirib.
Netanyahu əlavə edib ki, bu razılaşma İran üçün də ciddi zərbədir və tərəflər “bu sizin işiniz deyil” mesajını verirlər.
Marko Rubio ABŞ-da İsrail və Livan səfirləri ilə birlikdə 26 iyunda tərəflər arasında beş raund danışıqlardan sonra əldə olunan çərçivə razılaşmasını açıqlayıb. Bildirilib ki, sənəd İsrail ilə “Hizbullah” arasında münaqişədən sonra sülhə doğru yol açır.
Qadir, Bizimyol.info






