Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Çin təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə “tanıma zonasına” daxil olub
Rusiya və Çin təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə “tanıma zonasına” daxil olub

Seul bildirib ki, Rusiya və Çinə məxsus hərbi təyyarələr Cənubi Koreya Respublikasının hava hücumundan müdafiə üzrə “tanıma zonası”na daxil olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, söhbət 10 hərbi təyyarədən gedir. Seul tərəfi bildirir ki, ölkənin hava məkanının pozulması baş verməyib. Bununla belə, mümkün gözlənilməz vəziyyətlərə qarşı Cənubi Koreya Hərbi Hava Qüvvələri havaya qaldırılıb.

Seul həmçinin iddia edir ki, Moskva və Pekin birgə Hərbi Hava Qüvvələri təlimləri keçirib. Sonuncu dəfə tanıma zonasının pozulması ilə bağlı iddialar dekabr ayında səsləndirilib.

Moskvanın məsələ ilə bağlı mövqeyinə görə, hava hücumundan müdafiə üzrə tanıma zonası Seul tərəfindən birtərəfli qaydada müəyyən edilib və digər ölkələr üçün hüquqi öhdəlik yaratmır. Cənubi Koreya bu zonadan keçən hava vasitələri barədə əvvəlcədən məlumat verilməsini tələb edir və çox vaxt öz hava məkanının pozulmadığı hallarda belə təyyarələri havaya qaldırır. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları beynəlxalq hava məkanından istifadə qaydalarına tam uyğun şəkildə həyata keçirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »