Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İran hərbi obyektlərinə yeni zərbələr endirib
ABŞ İran hərbi obyektlərinə yeni zərbələr endirib

ABŞ İran hərbi obyektlərinə zərbələr endirib. Bu addım İranın Hörmüz boğazında ticarət gəmisinə hücumundan sonra atılıb.

Bizimyol.info xəbər verir ki, məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb.

Bəyanatda bildirilir ki, zərbələr İranın Hörmüz boğazından keçən kommersiya gəmisinə qarşı həyata keçirdiyi hücuma cavab olaraq endirilib.

Məlumata görə, ABŞ aviasiyası İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı yerləri, eləcə də sahilyanı radar stansiyalarını hədəf alıb. Bu, 25 iyunda İranın “M/V Ever Lovely” yük gəmisinə kamikadze dron vasitəsilə hücumundan sonra baş verib.

ABŞ hərbçiləri bildiriblər ki, İranın bu cür hərəkətləri beynəlxalq dənizçilik azadlığını təhlükə altına salır və Hörmüz boğazı kimi mühüm ticarət marşrutunda təhlükəsizliyi pozur.

Mərkəzi Komandanlıq həmçinin bildirib ki, ABŞ qüvvələri boğazdan keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün koordinasiyanı davam etdirir və bölgədə hərbi mövcudluğunu qoruyur.

Bundan əvvəl ABŞ-ın Hörmüz boğazından keçən mülki və ticarət gəmilərindən ödəniş alınması ideyasını qəti şəkildə rədd etdiyi bildirilmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »