Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vens: ABŞ İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa zorakılıqla cavab veriləcək
Vens: ABŞ İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa zorakılıqla cavab veriləcək

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Vaşinqton İran ilə qarşılıqlı anlaşma memorandumu üzrə yaranan fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılıq hallarına eyni şəkildə cavab verəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Vens "X" sosial şəbəkəsində yazıb.

“İran atəşkəs sazişini imzalayıb. Biz ona əməl edirik, lakin əgər onların anlaşma memorandumu necə icra olunur məsələsi ilə bağlı hər hansı fikir ayrılığı varsa, onlar zəng edə bilərlər. Amma zorakılığa ABŞ da zorakılıqla cavab verəcək”, – deyə yazıb.

ABŞ Mərkəzi Komandanlığın bəyanatına istinad edən vitse-prezident, ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrlə bağlı məlumatı da şərh edib. Bildirilib ki, bu hücumlar Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq həyata keçirilib. Mərkəzi Komandanlığın iddiasına görə, ABŞ aviasiyası İranın raket və pilotsuz uçuş aparatları anbarlarını, həmçinin sahil radar obyektlərini hədəf alıb.

Hadisələr 25 iyunda İranın Sinqapur bayrağı altında üzən “M/V Ever Lovely” yük gəmisinə kamikadze dronlarla hücum etməsindən sonra baş verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »