Donald Tramp ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton barədə sərt açıqlama verib və onun məhkəmədən ağır cəza alacağına ümid etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə cümə günü “Truth Social” platformasında yazıb.
“Ümid edirəm ki, onunla sərt davranılacaq”, – deyə Tramp yazıb. “Con Bolton çox axmaq, qeyri-sabit, səriştəsiz keçmiş ABŞ rəsmisidir. O, yenicə günahını etiraf edib! Bu, dəhşətli insandır, dəli biridir, harada olursa olsun yalnız problem yaratmaq və müharibələri qızışdırmaq istəyib, lazımsız yerə ölüm və dağıntı yayırdı”, - deyə əlavə edib.
Con Bolton cümə günü Vaşinqton ətrafındakı məhkəmədə məxfi məlumatların düzgün idarə olunmaması ilə bağlı ittihamı qəbul edib. O, prokurorluqla razılaşma çərçivəsində ittihamın bir hissəsi ilə razılaşıb və 2 milyon dollardan çox cərimə ödəməyə razı olub. Onun hökmü 28 oktyabrda elan ediləcək və 5 ilə qədər həbs cəzası ala bilər.
Məlumata görə, 2025-ci ilin sentyabrında ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) onun ofisində kütləvi qırğın silahları, BMT-də ABŞ nümayəndəliyi və ABŞ hökumətinin strateji kommunikasiya sənədləri ilə bağlı məxfi materiallar aşkarlayıb.
Con Bolton 2018–2019-cu illərdə Ağ Evin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb və sərt “şahin” siyasətçi kimi tanınıb. O, dəfələrlə İrana qarşı hərbi güc tətbiq etmək fikrini müdafiə edib və sonradan Donald Tramp tərəfindən vəzifədən uzaqlaşdırılıb.
Qadir, Bizimyol.info






