Ana təbiətin Türkiyəyə hədiyyə etdiyi Ölüdəniz, Aralıq dənizi bölgəsinin incisi olaraq hər il xaricdən minlərlə turisti qəbul edir.
Türkiyənin ən əhəmiyyətli turizm məkanlarından biri olan Ölüdəniz Muğlanın Fethiye rayonunda yerləşir. Sanki bir rəsm əsərini xatırladan bu unikal istirahət məkanı xarici və yerli turistlərin vazkeçilməz cazibə mərkəzi kimi diqqəti çəkir.
Bu istirahət məkanı təkcə gözəl qumu və çimərlikləri ilə məşhur deyil. Keçmişdə Likya sivilizasiyasından Roma imperiyasına qədər müxtəlif sivilizasiyalara ev sahibliyi edən Ölüdəniz ziyarət edilməli yerlər baxımından da tarixi bir miras ilə qarşımıza çıxır.
2006-cı ildə qızıl hərflərlə dünyanın ən yaxşı çimərliyi seçilən Ölüdənizdə zövq ala biləcəyiniz bir çox adacıqlar və çimərliklər var.
Ölüdənizin bənzərsiz coğrafiyasında bir tərəfi mavi dəniz, digər tərəfi isə yamyaşıl meşəlik ərazisi olan çimərliyi isti yay günlərində insanların dincəldiyi istirahət məkanıdır.
Belcekiz çimərliyi yamac paraşütü ilə uçmaq istəyən adrenalin həvəskarları üçün həm eniş meydançası, həm də dəniz-qum-günəş üçlüyündən əl çəkməyənlər üçün dincəlmə yeri sayılır. Bu çimərlik firuzəyi dənizlə uzun bir çimərliyin qovuşduğu yer kimi ziyarətçilərini valeh edir.






