Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən gün Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşüb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Türkiyədən yeni “hava-hava” tipli raketlər ala bilər. Azərbaycan tərəfi “Roketsan” şirkətinin SOM, MAM-T və TEBER 81/82 tipli raketləri ilə maraqlanır. Bundan əlavə, "Saha Expo 2022" çərçivəsində “Çakır” raketinin alınmasına dair də müzakirələr aparılır. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Türkiyədən MAM-L və MAM-C raketlərini əldə edib.
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli Bizimyol.info xəbər portalına açqılamasında bildirib ki, ümumiyyətlə 2014-cü ildən başlayaraq, Azərbaycan ordusunun yenilənməsi, prosesləri, yəni modelləşmə işləri başlayıb.
Ramil Məmmədli“Yəni bu ordunun tam olaraq, daha müasir və rəqəmsal, silah və texnikalarla təchiz edilməsi ilə bağlı idi. Bu konsteksdə Azərbaycan silahlı qüvvələrinin istismarına dünyanın tanınmış ölkələrinin şirkətlərinin silah texnikaları təqdim olundu. Bunlardan biri də Türkiyə hərbi sənaye kompleskinin istehsalı olan silahlar idi”,- deyə Ramil Məmmədli qeyd edib.
Hərbi ekspert bildirir ki, Türkiyənin “Raketsan” şirkətinin istehsalı olan “Çakır” raketi son 4 il ərzində aparılan elmi-konsktruktiv layihələrin nəticəsində həyata keçirilib. Bu raketin üstünlüyü müasir rəqəmsal sistemlərlə inteqrasiya olunaraq, istifadəsidir.
Həm də fərqliliyi ondan ibarətdir ki, “Çakır” raketi həm quru qoşunlarında, həm dəniz qüvvələrində, yəni döyüş-aviasiya vasitələrində, helikopter və döyüş təyyarələrində, həmçinin dəniz vasitələrinə, yəni gəmilərə inteqrasiya oluna bilər. Bu da öz növbəsində “Çakır” raketinin çox təyinatlı yəni bütün qoşun növlərinin texnikalarına inteqrasiya olunması ilə bağlıdır. Raket 150 km məsafədə hədəfi məhv etmək üstünlüyünə malikdir.
“Raketin üstünlüklərindən biri də odur ki, həm sovet hərbi təyinatlı vasitələrinə, sovet-Rusiya istehsalı olan məhsullara, həmçinin NATO standartlarına uyğun olan texnikalara inteqrasiya edilməsi mümkündür. Azərbaycan üçün bu raketi əhəmiyyəti odur ki, bu gün Azərbaycan ordusunun silah-texnika parkında həm sovet istehsalı olan sursatlar, həm də qərbi Avropa, qərb ölkələrinin istehsalı olan texnikalar var ki, bu raket asanlıqla həmin texnikalara inteqrasiya olunacaq”,- deyən ekspert vurğulayıb ki, yaxın mənzilli raket sistemi hesab olunan “Çakır” raketi artıq silahlanmaya daxil edilib. Yaxın zamanlarda Azərbaycan Ordusunun istifadəsində bu texnikanı görə biləcəyik.
Türkan, Bizimyol.info






