Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yaşayış icazəsi almaq niyə çətinləşib...
Türkiyədə yaşayış icazəsi almaq niyə çətinləşib...

Bir müddət əvvəl Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Türkiyədə miqrasiya ilə bağlı problemləri dilə gətirib, yeni qaydaları açıqlayıb. O, qeyd edib ki, ökədə müəyyən ərazilərdə əcnəbilərin daha çox yaşaması ilə əlaqədar, əcnəbi sayının ümumi saya görə, 25 faizi keçən 54 rayonda 781 məhəllə əcnəbilərə yaşayış icazəsi verilməsi üçün bağlanıb. İyulun 1-dən isə, əvvəllər nəzərdə tutulmuş 25 faiz nisbət 20 faizlə əvəz edilib. Beləliklə hazırda 1200 məhəllədə əcnəbilərə yaşayış üçün icazə verilmir.

Xatırladaq ki, iyulun birinə qədər Türkiyədə hər məhəllədə yaşayan insanların 25 faizinin əcnəbi olmasına icazə var idi. İndi bu nisbət 20 olacaq. Süleyman Soylu həmçinin bildirib ki, yaşamaq üçün icazə verilən hər bir şəxsin biometrik məlumatları toplanır.

Qeyd edək ki, 2022-ci il fevral ayının 10-dan etibarən Təhsil və tibbi müalicə vizası ilə gələn şəxslərin turizm məqsədilə viza almaları mümkün deyil, müraciətlər rədd edilir. Belə ki, 10 fevral 2022-ci il tarixindən etibarən Türkiyəyə giriş edərək ilk dəfə turizm məqsədilə müraciət edənlərin dəmüraciətləri rədd edilir.

Eyni zamanda ucuz qiymətə ev alıb yaşayış icazəsi almağın da qarşısı alınıb. Yeni qaydalara görə, Böyük şəhərlərdə 75 min dollar, kiçik şəhərlərdə isə 50 min dollardan ucuz qiymətə alınmış evlər üçün yaşayış icazəsi verilməyəcək. Bununla yanaşı, saxta kirayə müqavilələrinin qarşısının alınması məqsədilə, əcnəbilərin yaşama icazəsi tələbi zamanı notariusdan şəxsiyyət təsdiqli kirayə müqaviləsi tələb edilir.

Qeyd edək ki, yeni qaydalar bütün əcnəbilərə, o cümlədən azərbaycanlılara da şamil edilir. Bu ilin fevralın 10-dan sonra Türkiyəyə gedib, yaşamaq istəyən azərbaycanlılara da yaşamaq üçün icazə verilmir. Müraciətlər rədd edilir.

Uzun illərdir Türkiyədə azərbaycanlılar əmək fəaliyyəti, təhsil və s. səbəblərdən qalır, hətta yaşamaq üçün də qardaş ölkəni seçənlər çox idi. Hazırda tətbiq edilən qaydalar isə, azərbaycanlıların Türkiyədə yaşama arzusunu gözündə qoymuş olacaq. Yəni bu ildən artıq Türkiyəyə gedib gəzə bilərsiniz. 3 ayınız başa çatdıqdan sonra geri qayıtmalısınız. Əgər Türkiyədə iş tapsanız, o zaman sizə “iş vizası” verilə bilər və Türkiyə şərtlərinə görə, hər bir işverən əvvəlcə 5 nəfər Türkiyə vətəndaşını çalışdırmalıdır ki, əcnəbiyə də iş verə bilsin. Qaydalar sərtləşdiyi üçün nadir hallarda əcnəbilər işə götürülür.

İndilərdə Türkiyə ilə bağlı xəyalınız varsa, ən azından orada universitetə daxil olub 4 il qala bilərsiniz. Müayinə, müalicə, 3 aylıq istirahət və s. üçün qapılar açıqdır. Yəni “gəzməyə qərib ölkə, dönməyə vətən yaxşı” deyib müddətiniz bitdikdən sonra Azərbaycana qayıdacaqsınız. Rəsmi şəkildə dövlətlərarası bu məsələlərin nə zaman müzakirə ediləcəyi hazırda bilinmir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qlobal Parlament Konfransında qeyd edib ki, “Miqrantlara qarşı ayrı-seçkilik yolverilməzdir”…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »