Milli Müdafiə naziri Hulusi Akar, İstanbulda keçirilən NATO toplantısında Kipirləbağlı gərginlik yaşanıb.
Bizimyol.info xəbər verir ki, Yunanıstan parlamentinin üzvü sualı əsnasında “Kiprin şimalında işğalınız davam edir” ifadəsini işlətdikdə, Akar buna sərt reaksiya verib:
“Əgər siz Kiprin şimalının işğal altında olduğunu deyirsinizsə, bu, bəri başdam mübahisə etmək istədiyinizi göstərir. Türkiyə Kiprin şimalını işğal etməyib və bu yanlış yanaşmadır. Orada 1974-cü ilə qədər qırğınlar, çevrilişlər olub. Yunanlar da daxil olmaqla orada yaşayanların həyatlarıı təhlükə altında idi. 1974-cü ildə Sülh Əməliyyatını həyata keçirdik. 1974-cü ildən indiyə kimi həm cənub, həm də şimal sülh şəraitində yaşayır. Bunu görməlisiniz. Siz qərəzli olmamalısınız. Bütün çatışmazlıqlarına baxmayaraq, türklər 2014-cü ildə BMT-nin Annan Planını həll yolu kimi qəbul etdilər. Yunan tərəfi bunu qəbul etmədi”, - deyə nazir deputata xatırlatma edib.
Terror təşkilatı PKK/YPG-nin 40 min insanımızı, FETÖ-nün isə 251 nəfəri qətlə yetirdiyini vurğulayan Akar: "Ölkəmizi və millətimizi terror bəlasından xilas etmək üçün sıx səy göstəririk. Bu mövzuda qərarlıyıq. Bizim başqa məqsədimiz yoxdur.
Mübarizə apardığımız PKK/YPG-yə, FETÖ-yə, xalqımıza zərər vuran, 40 min insanı qətlə yetirən, 251 adamı qətlə yetirən PKK/YPG-yə, FETÖ-yə yer verirsinizsə, buna ittifaq deyilmir, belə hərəkətlər dostluğa ziddir. Bu vəziyyət ittifaqa zərər verəcək və müttəfiqlik ruhunu zədələyəcək”, - deyib.
Yunan millət vəkilinin “Belə bir şey yoxdur” deməsindən sonra nazir Akar: “Yox deməyin. Yunanıstandakı Lavrion düşərgəsini heç kim tanımır. Eynilə İsveçdə də PKK/YPG-çilər hər şeyi edir. Bunun nə insanlıq, nə demokratiya, nə də insan haqları ilə heç bir əlaqəsi yoxdur. Əgər terrorçulara bu qədər imkanlar verilirsə, bizim bu insanların yanında olmaq istəməməyimiz tamamilə normaldır", - deyə qeyd edib.
Başqa bir yunan millət vəkilinin “Türkiyə Hərbi Hava Qüvvələri Yunan adaları üzərində uçur” sözlərinə Akar belə cavab verib:
“Yunan təyyarələri aprelin 27-də materikimizə gələrək Datça, Didim və Dalamanda hava məkanımızı pozdu. Yunanıstanın materik hissəsindən Türkiyə materikinə gəlib hava məkanımızı pozacaqsınız, bundan sonra bizdən nə gözləyirsiniz? Bunların radar görüntüləri var, biz onları müttəfiq ölkələrlə paylaşmışıq. Biz də aprelin 28-də onlara cavab verdik”.
Türkiyə ilə Yunanıstan arasındakı problemlərin həllinin danışıqlar yolu ilə ola biləcəyini dəfələrlə vurğulayan Akar bu açıqlamaları verib:
“Biz problemlərin beynəlxalq hüquq, mehriban qonşuluq münasibətləri və dialoq yolu ilə həllinin tərəfdarı olduğumuzu həmişə və israrla bəyan etmişik. Bunlardan birincisi məşvərətçi görüşlər, digəri bölünmə prosedurları, üçüncüsü isə etimad tədbirlərinə dair görüşlərdir. Biz etimad quruculuğu tədbirləri görüşlərinə əhəmiyyət veririk. Çünki problemlərin bir çox tarixi, hüquqi və siyasi ölçüləri var. Mütəxəssislər bir araya gəlib bunları ətraflı şəkildə öyrənməlidirlər. İlk üç görüş keçirilib. Dördüncü görüş üçün Yunanıstan tərəfini Ankarada gözlədiyimizi bildirdik. Ancaq iki ildir ki, cavab ala bilmirik. Bu görüşləri dəstəkləyin, qayıdandan sonra parlamentinizdə bu məsələni danışın, türk-yunan tərəfləri olaraq problemlərin həllini birlikdə axtaraq”, - deyə nazir Hulusi Akar Yunanıstan nümayəndələrinə müraciət edib.
Akarın sərt cavablarından sonra yunan parlamentarilərdən biri “təşəkkür etməyəcəyəm” demiş, Akar isə “bu, yunan nəzakəti deyil” cavabını verib.
Qadir, Bizimyol.info






