Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İT şirkətlərin Rusiyadan çəkilməsi bu ölkəni ciddi çətinliklərlə üz-üzə qoya bilər"
"İT şirkətlərin Rusiyadan çəkilməsi bu ölkəni ciddi çətinliklərlə üz-üzə qoya bilər"

Bir müddətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya müəyyən sanksiyalar tətbiq edilir. Ölkələrin hava yolunu bağlaması, şirkətlərin Rusiyada fəaliyyət göstərməkdən imtina etməsi fonunda dünyanın ən böyük freelancer şəbəkəsi Upwork birjası da Rusiyada və Belarusda fəaliyyət göstərməkdən imtina edib. Birjanın məlumatına görə, yeni qeydiyyat olmayacaq, köhnə qeydiyyatlar da mayın 1-ə qədər qüvvədə olacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman GündüzBizimyol.info saytına müsahibəsində bildirib ki, bu şəbəkə sərbəst işləyənlərin, dizaynerlərin, İT mütəxəssislərinin sifarişlər aldığı əsas şəbəkə idi. Onun sözlərinə görə, bu sanksiya böyük görünməsə də, statistikaya görə, Rusiyada yüzminlərlə İT mütəxəssisi birja üzərindən iş taparaq işləyirdi. Yəni Rusiyada yüz minlərlə vətəndaş buradan pul qazanırdı. Şəbəkənin bağlanması isə, yüzminlərlə Rusiyalı işçinin işsiz qalması deməkdir. Mütəxəssisin hesablamalarına görə, Rusiyada yarım milyona qədər İT mütəxəssisi işini itirmək təhlükəsi yaşayır: “Rusiya İT sahəsinin dayanaqlığı üçün qərarlar verir, addımlar atır, amma kütləvi işsizlik qarşısında bu qərarların effektiv olacağı gözlənilən deyil".

Osman Gündüz Osman Gündüz

Qeyd edək ki, Ukraynada rabitənin dayanıqlı olması məqsədilə milli rouminq sistemi işə salınıb. Belə ki, ölkədə Ukraynanın 3 operatoru Vodafone, Kievstra və Lifecell birləşərək, vahid nöqtədən koordinasiya edilən idarəetmə ilə fəaliyyət göstərirlər. Milli rominq sistemi vasitəsilə, hər hansı bir operatorun şəbəkəsi sıradan çıxarsa, istifadəçi dərhal digər operatorun şəbəkəsinə qoşula biləcək. Milli rominq sistemində bəzi xidmətlər aktiv olmasa da, istifadəçi digər operatoru qoşulmaq üçün telefonun tənzimləmələrindən istifadə edə biləcək.

Osman Gündüz qeyd edir ki, Rusiya ordusu Ukrayna üçün əhəmiyyətli olan telekommunikasiya sistemlərini sıradan çıxarmağa çalışır. Eyni zamanda Rusiya da sanksiyaların təsirini azaltmaq üçün İT sektorunda çalışan gəncləri hərbidən azad edib. Çünki qlobal İT şirkətlərin Rusiya bazarından çəkilməsi, bu ölkəni ciddi çətinliklərlə üz-üzə qoya bilər. Hazırda Rusiyanın İT mühiti, Rusiya startap ekosistemi çöküşdən yayınmaq üçün çalışır.

Qısacası, Rusiya-Ukrayna müharibəsi Rusiyada bütün sahələrə öz zərbəsini vurub. İqtisadiyyat, xarici ölkələrlə əməkdaşlıq, İT sahəsi və digər sahələr də sınaq dövrünü yaşayır. Bu vəziyyət, müəyyən qədər Rusiyada yaşayan həmyerlilərimizə də və dolayısıyla Azərbaycana da təsir edəcək. Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin miqdarında da azalmalar müşahidə ediləcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »