Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın Küveytdəki qüvvələrinə zərbələr endirdiyini açıqlayıb
İran ABŞ-ın Küveytdəki qüvvələrinə zərbələr endirdiyini açıqlayıb

İranın "Fars" agentliyinin məlumatına görə, ölkənin pilotsuz uçuş aparatları (PUA) Küveytdə yerləşən ABŞ qüvvələrinə və onların maddi-texniki təminat mərkəzlərinə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, agentliyin İran ordusunun bəyanatına istinadən yaydığı məlumata əsasən, hücum "İldırım" əməliyyatının 12-ci mərhələsi çərçivəsində həyata keçirilib.

Bəyanatda bildirilir ki, İran ordusunun dağıdıcı gücə malik "Araş" PUA-ları Küveytdə yerləşdirilmiş ABŞ qüvvələrini və onların maddi-texniki təminat mərkəzlərini hədəfə alıb. Hücumun qarşı tərəfin hərəkətlərinə cavab tədbiri kimi həyata keçirildiyi vurğulanıb.

Qeyd edək ki, cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbələr seriyasının endirildiyini açıqlamışdı. İran KİV-i isə Bəndər-Abbas və Keşm adası yaxınlığında partlayışların baş verdiyini bildirib. Məlumatlara görə, Əhvaz, Buşehr, Bəndər-Xomeyni, Bəndər-Lenge, Veysian, Çabahar və İranşəhr hava limanı da hücumlara məruz qalıb.

Xatırladaq ki, məlumatlar İranın "Fars" agentliyi və İran ordusunun bəyanatına əsaslanır. Məlumat nə Küveyt, nə ABŞ, nə də müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »