Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə artıq hərbi müttəfiqdir"
"Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə artıq hərbi müttəfiqdir"

Şuşa Bəyannaməsi, Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. 2021-ci ilin 15 iyun tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlahm Əliyev və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında imzalanmış Şuşa bəyannaməsi işğaldan azad olunan Şuşa şəhərində imzalandı və bunun da bir rəmzi mənası vardı. Türkiyə, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək göstərmişdi.

Politoloq İlyas Hüseynov Bizimyol.info saytına Şuşa bəyannaməsini əhəmiyyəti haqqında danışarkən bildirib ki, hazırda Türkiyə və Azərbaycan münasibətləri keyfiyyətcə yeni müstəviyə qalxmışdır. Və Şuşa bəyannaməsi də bunun əyani göstəricisidir.

İlyas Hüseynov İlyas Hüseynov

“Şuşa bəyannaməsi, tarixi Qars müqaviləsinə istinad edir. Eyni zamanda hazırkı yeni geosiyasi reallıqları da özündə əks etdirir. Siyasi-iqtisadi, humanitar sahədə olan münasibətlərin əyani göstəricisi olmaqla yanaşı hərbi müttəfiqlik səviyyəsində münasibətlərin qurulmasını da özündə ehtiva edir. Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə artıq hərbi müttəfiqdir. Qarşılıqlı surətdə bir-birinin yanında olduğunu sübut edir. Əgər Türkiyəyə və ya Azərbaycana qarşı hərbi təcavüz olarsa, o zaman hər iki tərəf öz gücü və qüdrəti ilə bir-birini müdafiə edəcək. Bu, çox önəmli bir bəyannamədir. Eyni zamanda əlamətdar bir hadisədir ki, Azərbaycan Respublikasının Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi bu Bəyannaməni təsdiq etmişdilər. Və parlamentarilər bu bəyannaməyə səs vermişdilər” - deyə ekspert bildirib. Onun sözlərinə görə, bu gün Şuşa bəyannaməsinin maddələrinin impelementasiyası üzrə fəaliyyət həyata keçrillir.

Qeyd edək ki, hər iki ölkənin normativ, hüquqi bazasının gücləndirilməsi baxımından da Şuşa Bəyannaməsinin mühim əhəmiyyəti var. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin dərinləşməsinin göstəricisidir. Belə ki, bu gün Türkiyə Azərbaycanla Qarabağın yenidən qurulmasında yaxından iştirak edir. Eyni zamanda Şərqi Zəngəzurun və Qarabağın təhlükəsizliyinin qorunmasında da Türkiyə ilə Azərbaycan arasında müxtəlif tədbirlər həyata keçirilir. Türkiyə modelinə uyğun olaraq Azərbaycan silahlı qüvvələri təkmilləşdirilir. Komando hərbi hissələrinin açılışı da bunun göstəricisidir. Elitar hərbi hissələr sayılan komando hərbi hissələri, Azərbaycan silahlı qüvvələrinin daha da gücləndirilməsinə xidmət edir.

İ.Hüseynov bildirir ki, Türkiyə tərəfi bu sahədə Azərbaycana müxtəlif yardımlar göstərir. Bu, ilk növbədə özündə məsləhətçi yardımları ehtiva edir. Və Azərbaycan da Türkiyə də regional və qlobal miqyasda təhlükəsizliyin qorunması istiqamətində birgə addımlar atır. Şuşa Bəyannaməsi isə qarşıda yeni prioritetləri formalaşdırır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »