Sosial media nəhəngi istifadəçilərinin sayının azaldığını açıqlayıb. Bu şirkət üçün dönüş nöqtəsi ola bilərmi?
Bizimyol.info xəbər verir ki, şirkət "Facebook"un tarixində bir ilk olduğunu bildirib.
"Facebook"un ana şirkəti "Meta Networks" dekabrın sonuna qədər olan üç ayda gündəlik istifadəçilərin sayının 1 milyard 929 milyon nəfərə düşdüyünü açıqladı. 2021-ci ilin əvvəlki rübü üçün bu rəqəm 1 milyard 930 milyon idi. "TikTok" və "YouTube"un rəqabəti qarşısında gəlir artımının ləngidiyini xəbərdar edən şirkətin platformasında reklam verənlər də xərclərini azaldırlar.
Meta şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, şirkətin hədəf auditoriyası, xüsusən də gənc istifadəçilər rəqiblərinə üz tutduqca, satış artımı azalıb. "Google"dan sonra dünyanın ikinci ən böyük rəqəmsal reklam platformasına sahib olan "Meta" "Apple"ın əməliyyat sistemindəki məxfiliklə bağlı dəyişikliklərindən də təsirləndiyini söyləyib.
Bizimyol.info






