Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində şəhərə soxulan fil sürüsünü dayandırmağa çalışırlar
Çində şəhərə soxulan fil sürüsünü dayandırmağa çalışırlar

Çində fil böhranı yaşanır. Kınmin şəhər hakimiyyəti yaxınlıqdakı Puer qoruğunu tərk edib şəhərə doğru yol almış fil sürüsünün şəhərə zərər verməməsi üçün tədbirlər almağa başlayıb.

Çin ətraf mühafizə orqanlarının əməkdaşları fillərin qoruğu tərk edərək insanlara nə üçün yaxınlaşdıqlarını anlamadıqlarını bildiriblər.Sürüdə 16 filin olduğu bildirilib.Fillərin əhaliyə ziyan verməməsi üçün yol boyu blokadalar qurulub, yem “ tələləri” təşkil edilib.

Bundan öncə fil sürüsününü 20 km msafədə yerləşən və 7 milyon əhalisi olan Yusi şəhərindən keçdiyi bildirilir. Hazırda qoruqdan qaçmış fillərin izlənilməsi ilə 360 nəfər ,7 avtomobil və 9 dron məşğul olur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »