İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən etibarlı adamlarından biri olan “Basim” kod adı ilə tanınan terrorçu İstanbulda həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, o, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı Ataşehir rayonunda saxlanılıb.
Əbu Bəkr əl-BağdadiRəsmi məlumata görə, Əfqanıstandan olan terrorçu Suriyadan Türkiyəyə keçən zaman izlənilməyə alınıb və sonda da ələ keçirilib.
Qeyd edək ki, A.S.İ.M adlı şəxs İŞİD liderinin “hərbi təşkilatlanma əmiri” olub.






