Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Gülalıyevin oğlundan atasının vəziyyəti ilə bağlı açıqlama - Foto

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yenilik var.

Bu barədə Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün “Facebook” şəbəkəsindəki hesabında paylaşıb.

Paylaşımda qeyd olunub ki, O.Gülalıyevin müayinəsi üçün türk həkim gəlib:

“Bu gün atam Oktay Gülalıyevin EEG müayinəsi üçün Bülent Kahyaoğlu həkim gəlib. Onun bildirdiklərinə görə atamın komadan ayılma ehtimalı çoxdur. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa “ödəm” qaldığı üçün zamana ehtiyacımız var.

Çəkilən şəkildə göründüyü kimi, atam sağ gözünü az da olsa, açmaq istəyib”. (Oxu.az)

Oqtay Gülalıyev
Son xəbərlər
Bütün xəbərlər »