Moskva sakini yalan məlumat verməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq. O, borcunu ödəməmək üçün oğurluq səhnəsi quraşdırıb.
Bizimyol.info xəbər verir ki, moskvalı inandırıcı olması üçün öz üzünə kimyəvi turşu məhlulu da töküb. Bundan sonra dostundan polisə xəbər verməyi xahiş edib.
Oğurluq halı ilə üzləşdiyini bildirən şəxs bütün bunları özünün “Lexus” avtomobilində həyata keçirib. Polisə ifadəsində isə oğruların onu kimyəvi məhlulla sıradan çıxararaq 3,2 milyon rublunu (təxminən 50 min dollar) apardıqlarını söyləyib.
Əməliyyat-axtarış tədbirləri gerçəyi üzə çıxarıb. Kişinin bir nəfərə 3 milyon rubl borcu varmış. Pulu ödəməmək üçün bu səhnəni düşünüb. Amma özünü daha bir cəncələ salıb. Moskva sakinini indi də məhkəmə prosesi gözləyir.






