Ermənistan silahlı birləşmələrinin cəbhə kəndlərində təxribatı davam edir.
Bizimyol.info xəbər verir ki, 28 iyul gecə saatlarında Ermənistan silahlı qüvvələri işğal etdikləri Ağdam rayonunun Çıraqlı kəndində təxribata əl atıblar. Belə ki, onlar kəndin həmvətənlərimiz yaşayan hissəsini gecə saatlarında atəşə tutublar.

Atılan mərmilərdən biri kənd sakinlərindən birinin evinin divarını deşərək mənzilin içinə düşüb. Hadisə zamanı evdə iki azyaşlı olsa da xoşbəxtlikdən mərmi uşaqlardan yan keçərək evin digər divarına dəyib.
Çıraqlı kəndində məskunlaşmış jurnalist Fəxri Məmmədovun çəkdiyi fotoşəkilləri oxucularımıza təqdim edirik:







