Elina Hacıyevanın intiharı cəmiyyətdə böyük rezonans doğurmuşdu, sosial şəbəkələrdə çox müzakirə olunmuşdu. Səkkizinci sinif şagirdinin özünü üçüncü mərtəbədən ataraq öldürməsində 162 saylı məktəbin rəhbərliyi günahlandırılır, həkim məsuliyyətsizliyindən danışılırdı.
Bizimyol.info xəbər verir ki, mətbuat konfransı keçirən Elinanın valideynləri istintaqın gedişindən narazılıq ifadə edib. Məktəblinin anası Sevil Hüseynova direktor Sevinc Abbasovanın həbs olunmamasına etirazını bildirib.
Sevinc AbbasovaAna direktorun kiməsə güvəndiyini, ev dustaqlığının gözdən pərdə asmaq olduğunu dilə gətirib. Abbasova apellyasiya məhkəməsinə şikayət verəcəklərini söyləyib.
Elinanın valideynləri Ədalət Hacıyev və Sevil HüseynovaElinanın atası Ədalət Hacıyev deyir ki, təkcə məktəb rəhbərliyi yox, həkimlər də günahkardır. Onun fikrincə, Kliniki Tibbi Mərkəzin heyəti ciddi məsuliyyətsizlik nümunəsi göstərib: “Üstünə adicə mələfə atıb aparmışdılar. Xəstəxanada uşağıma baxmamışdılar. Həmin adamlar hələ də orda işləyirlər”.
Elinanın valideynlərinin mətbuat konfransıVəkil Sevinc Vəliyeva verdikləri xeyli vəsatətdən yalnız dördünün vacib sayıldığını, amma heç birinin təmin olumadığını bildirib. Zərərçəkən tərəf tanınmış mütəxəssisin tibbi ekspertiza keçirən heyətə daxil edilməsini istəyirmiş. Bundan başqa, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ilə üzləşmə vəsatət predmeti olub. Amma vəsatətlərə müsbət cavab verilməyib.
Elinanın anası Sevil HüseynovaVəkil Azər Nağıyev deyib ki, Sevinc Abbasova Elinanın ailəsi ilə barışmaq üçün heç bir addım atmayıb. Vəkilin fikrincə, sanki direktor özünü günahkar saymır.
Xalidə BayramovaSevil Hüseynova danışır ki, hadisədən sonra Xalidə Bayramova onların evinə gəlib. İcra başçısının müavini dəfn üçün yer təklif edib. Elinanın yaxınları buna razı olmayıb.






