Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriya BMT ilə bərpa dövründə əməkdaşlığı müzakirə edib
Suriya BMT ilə bərpa dövründə əməkdaşlığı müzakirə edib

Suriya hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani Dəməşqdə BMT-nin Baş katibi Antonio Quterreşlə görüşərək ölkənin bərpa mərhələsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Bizimyol.info xəbər verir ki, nazirin sözlərinə görə, tərəflər Suriyanın yenidən qurulması prosesinə dəstək verəcək əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Əş-Şeybani bildirib ki, Dəməşqin əsas prioriteti ölkənin bərpasıdır və bunun üçün mövcud məhdudiyyətlərin aradan qaldırılması vacibdir.

O deyib ki, hökumət humanitar yardımdan asılılıq mərhələsindən dayanıqlı inkişaf modelinə keçidi təmin edəcək qanunvericilik bazasının yaradılması üzərində işləyir və BMT-nin bu prosesdə fəal rol oynayacağına ümid edir.

Antonio Quterreş 2009-cu ildən bəri Dəməşqə səfər edən ilk BMT Baş katibi olub. Ondan əvvəl Suriyaya səfər edən son təşkilat rəhbəri Pan Gi Mun idi.

Quterreşin səfər proqramına İsrail-Suriya atəşkəsinə nəzarət edən BMT-nin Ayırma Müşahidə Qüvvələrinin (UNDOF) qərargahının yerləşdiyi Əl-Quneytraya səfər də daxildir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »