Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AFFA-dan FIFA seçkiləri ilə bağlı açıqlama
AFFA-dan FIFA seçkiləri ilə bağlı açıqlama

DÇ-2026 başa çatsa da, ABŞ Prezidenti Donald Tramp növbəti dünya çempionatının yenidən ABŞ-də və ya Çinlə birgə keçirilməsi məsələsini FIFA prezidenti Canni İnfantino ilə müzakirə etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, "Aut.az" saytının baş redaktoru Natiq Muxtarlı "Yeni Sabah"a bildirib ki, FIFA-da illər əvvəl baş vermiş korrupsiya qalmaqalından sonra qurumun idarəçiliyində ciddi dəyişikliklər baş verib və bununla da ABŞ-nin dünya futboluna təsiri daha da artıb. Onun sözlərinə görə, FIFA artıq böyük dövlətlərin təsiri altında fəaliyyət göstərir və gələcəkdə ABŞ istəsə, 2038-ci il dünya çempionatına da ev sahibliyi edə bilər.

Bununla belə, N.Muxtarlı ABŞ və Çinin birlikdə mundial keçirməsini real hesab etmir. O bildirib ki, Asiyada növbəlilik prinsipi mövcuddur və vaxtı çatanda Çin də bu hüququ əldə edə bilər.

Natiq Muxtarlı noyabrda keçiriləcək FIFA prezident seçkilərində Canni İnfantinonun yenidən seçiləcəyinə əmin olduğunu bildirib. O, həmçinin hesab edir ki, AFFA-nın FIFA prezident seçkilərinə təsir imkanları yoxdur və böyük ehtimalla UEFA-nın mövqeyini dəstəkləyəcək.

Natiq Muxtarlı vurğulayıb ki, müasir futbolda əsas söz sahibi artıq idman deyil, böyük dövlətlərin siyasi və iqtisadi maraqlarıdır:

“Bu gün futbol böyük biznesdir. Bu sahədə milyardlarla dollar dövr edir”.

  • AFFA-nın da həmin mövqeyi dəstəkləyəcəyi iddiasına münasibətiniz necədir?

Yaranan sualla bağlı AFFA-ya sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Onu deyə bilərik ki, FIFA-nın növbəti konqressi 2027-ci ildə Mərakeşdə keçiriləcək. Bu barədə hazırda fikir bildirmək mümkün deyil”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »