Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Gəmilərə hücuma cavab olaraq İranın körpü və ya elektrik stansiyaları məhv ediləcək
Tramp: Gəmilərə hücuma cavab olaraq İranın körpü və ya elektrik stansiyaları məhv ediləcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazında gəmilərə edilən hər bir hücuma cavab olaraq ABŞ İranda bir körpünü və ya bir elektrik stansiyasını hədəfə alacaq.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz uçuş aparatı və ya digər silahlarla zərbə endirərsə, ABŞ cavab olaraq İranda, o cümlədən paytaxt Tehranın yaxınlığında və ya şəhərin ərazisində yerləşən bir körpünü və ya bir elektrik stansiyasını bombalayaraq məhv edəcək", – deyə Tramp bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »