Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyanın kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib
Böyük Britaniyanın kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib

Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W Rivet Joint" radioelektron kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Avropa İttifaqının aeronaviqasiya xidmətlərindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, təyyarə Böyük Britaniyanın Uoddinqton aviabazasından havaya qalxıb, Litva və Polşanın hava məkanından, eləcə də Baltik dənizinin neytral suları üzərindəki marşrutlardan istifadə etməklə Rusiyanın Kalininqrad vilayəti ətrafında uçub.

Bildirilib ki, bu tip kəşfiyyat təyyarəsi Kalininqrad bölgəsinə nadir hallarda gəlir. Sonuncu belə uçuş iyulun 8-də qeydə alınıb. Həmin vaxt onunla paralel olaraq NATO-ya məxsus "Bombardier Challenger 650 Artemis II" kəşfiyyat və hədəf təyinetmə təyyarəsi də bölgədə fəaliyyət göstərib.

Mənbə qeyd edib ki, "Artemis II" sonuncu dəfə Kalininqrad vilayəti yaxınlığında bir gün əvvəl müşahidə olunub. İyulun 22-də isə təyyarə adi marşrutu üzrə Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxaraq Qara dənizin cənub hissəsindəki neytral sular üzərində qərbdən şərqə və əks istiqamətdə bir neçə dövrə vurub.

Bundan əlavə, mənbənin məlumatına görə, NATO-ya məxsus "Boeing E-3A Sentry" uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi də Latviya üzərində uçuş həyata keçirir. Almaniyadakı hərbi bazadan havaya qalxan təyyarə 8,5 kilometrdən çox yüksəklikdə Riqa körfəzi üzərində dairəvi marşrutla patrul uçuşu yerinə yetirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »