Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft bazarında yeni dalğa: Hörmüz boğazı gərginliyi qiymətləri yüksəldə bilər
Neft bazarında yeni dalğa: Hörmüz boğazı gərginliyi qiymətləri yüksəldə bilər

ABŞ və İran arasında artan qarşıdurma dünya neft bazarlarını yenidən hərəkətə gətirib.

Bizimyol.info xəbər verirb ki, "Bloomberg"in yazdığına görə, Yaxın Şərqdə əsas enerji marşrutları ilə bağlı yaranan risklər investorların narahatlığını artırıb və neft qiymətlərinin yaxın həftələrdə də yüksəlməsi ehtimalını gücləndirib.

Həftənin son ticarət sessiyasında Brent markalı neftin qiyməti 85 dolları keçərək bir barel üçün 85,28 dollara çatıb. ABŞ-ın "WTI" markalı nefti isə 79,98 dollara qədər bahalaşıb. Həftəlik göstəricilərə əsasən, hər iki əsas neft markası təxminən 12 faiz dəyər qazanıb.

Qiymət artımına səbəb ABŞ-ın İranın cənubundakı obyektlərə endirdiyi yeni zərbələrdən sonra bölgədə gərginliyin yenidən yüksəlməsi olub. Tehran isə cavab olaraq regiondakı ABŞ mövqelərinə raket və dron hücumları həyata keçirib. İran tərəfi həmçinin enerji infrastrukturuna qarşı hücumların davam edəcəyi halda Qırmızı dənizdə gəmiçiliyin məhdudlaşdırılması ehtimalına hazırlıq məqsədilə husilərə göstəriş verib.

Analitiklər hesab edirlər ki, qarşıdurmanın daha da genişlənməsi "WTI" markalı neftin qiymətini bir barel üçün 85 dollar səviyyəsinə yaxınlaşdıra bilər. Xüsusilə dünya enerji tədarükündə mühüm rol oynayan Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət bazar üçün əsas risk faktorları olaraq qalır.

Ekspertlərin fikrincə, bu marşrutlarda hər hansı ciddi pozuntu qlobal neft təchizatına təsir göstərə və qiymətlərin daha da artmasına səbəb ola bilər.

Son xəbərlər
Bütün xəbərlər »