Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreya Prezidenti yeganə mənzilini satacaq
Cənubi Koreya Prezidenti yeganə mənzilini satacaq

Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsinə yönəlmiş kampaniyasına dəstək əlaməti olaraq özünə məxsus yeganə mənzili satacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Artıq mənim evim yoxdur”, – deyə dövlət başçısı bir gün əvvəl Nazirlər Kabinetinin iclasında bildirib.

Mənbələrin sözlərinə görə, mənzilin satışı ilə bağlı ilkin müqavilə artıq imzalanıb və sövdələşmənin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

Li Çje Myon hələ fevral ayında paytaxt Seuldan təxminən 20 kilometr cənubda yerləşən Sonnam şəhərinin nüfuzlu rayonundakı mənzilini satışa çıxarmışdı.

Prezident daha əvvəl daşınmaz əmlak bazarında spekulyasiyaların qarşısını almaq və mənzil qiymətlərinin sürətli artımını cilovlamaq məqsədilə vergi və maliyyə siyasətinə yenidən baxacağını açıqlamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »